66 min ton ixrac edib, 88 min ton xaricdən almışıq
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 29 mln. 602,14 min dollar məbləğində kartof ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycan 29 mln. 602,14 min dollar məbləğində 66 min 503 ton kartof ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixrac həcmi 15,5%, ümumi ifadədə 14,7% artıb”, - hökumətdən qeyd ediblər.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2018-ci ilin 9 ayı ərzində Rusiyaya 28 mln. 839,48 min dollar (аrtım 12,4%) 64 min 366 ton (artım 12,7%) kartof ixrac olunub.
ƏN ÇOX İRANDAN KARTOF ALMIŞIQ
Cari ilin 9 ayı ərzində Azərbaycan 22,049 mln. dollar (аrtım 14,2%) məbləğində 88 min 165 ton kartof (azalma 7,75%) idxal edib.
Azərbaycana əsas kartof tədarükçüləri Türkiyə və İran olub. Yanvar-sentyabr aylarında Türkiyədən 8 mln. 799,3 min dollar məbləğində 26 min 283 ton kartof gətirilib. İrandan 9 mln. 599,75 min dollar məbləğində kartof tədarükünün həcmi 51 min 806 ton təşkil edib.
Hesabat dövrü ərzində Azərbaycan Rusiyadan 117 min dollar məbləğində 492,19 ton kartof idxal edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
11 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
11 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
12 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
13 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
13 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
13 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 13 saat əvvəl
-
13 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
13 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"






.jpg)
.jpg)







.jpg)







