Bu gün Dollar/Manat məzənnəsi necə dəyişdi?
- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 21-nə USD/AZN rəsmi məzənnəsini 1,7352 manat səviyyəsində açıqladı.
- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin ciddi dəyişmədiyi müşahidə olundu, hətta 2 bankda az da olsa Dollar ucuzlaşdı.
- Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7447 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında 0,5% möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri qalxmadı. Əksinə 2-3 bank Dolların alış və satış qiymətlərini aşağı saldılar.
- Axşam saat 17:05-də Mərkəzi Bank 22.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7447 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə hərracdakı səviyyə ilə eynidir.
Qeyd edək ki, çoxları Dolların sonuncu ucuzlaşmasının davam etməyəcəyini hesab edirdi və manatın bahalaşmasına inanmırdılar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların daha sürətlə bahalaşacağını hesab edir.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)






