“Nar-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır
(®) Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” mobil internet istifadəçilərinin sayında və müştəri məmnuniyyətində sürətli artım müşahidə olunur. Son 10 ayda müştəri loyallığı indeksi 20%, internet məmnuniyyəti indeksi isə 23% artıb. Abunəçilərin fikrinə əsasən, “Nar” ən yaxşı internet qiymətləri təklif edən mobil operatordur.
“Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Bundan başqa, paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən “Nar”, bölgələrdə ən ucuz mobil rabitə xidmətini təqdim edib və bununla da paytaxt sakinləri ilə yanaşı, bölgə abunəçilərinin loyallığını qazanıb.
Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi amillərinə görə “Nar” müştəri loyallığı indeksi yüksək nəticə göstərir.
Bundan başqa, nar.az internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə göstərilən yüksək xidmətlər də müştəri məmnuniyyətini artırıb.
Ötən ilin 2-ci rübündə keçirilən mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticə göstərib. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olumuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)








.jpg)



