“Onların pensiyası 35 faiz artacaq”
Pensiyaların avtomatlaşdırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, qanun layihəsi ilk oxunuşa verilib:
"Bu təşəbbüs Prezident İlham Əliyevin tərəfindən vətəndaşlara xidmət üçün atılmış bir addımdır. Sistem 15 dekabrdan test rejimində başlayacaq. Pensiya yaşına çatmış hər bir vətəndaş ad günündə SMS vasitəsilə məlumatlandırılacaq".
Nazir həmçinin qeyd edib ki, 2006-ci ildən əvvəlki dövr üzrə pensiyaya çıxan hər kəsə də 25 il sığorta stajı hesablanacaq:
“Nəticədə onların pensiyası 35 faiz artacaq. 38 min vətəndaşın pensiyası isə 48 faiz artacaq. Bu böyük bir sosial addımdır. Layihənin xərcini Azərbaycan dövləti öz üzərinə götürəcək".
Qeyd edək ki, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb.
Vətəndaşlar pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda sui-istifadə halları da baş verirdi.
“Əmək pensiyalar haqqında” qanuna dəyişikliklə bağlı yeni layihəyə görə isə 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajı avtomatik olaraq hamı üçün hesablanacaq.
2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Bunun nəticəsində pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanı yaranacaq.
Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olunacaq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
5 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
5 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb






















