"Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı" mövzusunda biznes konfrans keçirilib
19 noyabr 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Bakı Fond Birjası (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı” mövzusunda biznes konfrans keçirilib.
Konfransda maliyyə, kənd təsərrüfatı , sənaye, istehsalat, sığorta, tikinti və s. sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində “Grant Thornton Azerbaijan” şirkəti və BFB-nin nümayəndələri orta sahibkarlığın və ailə biznesinin inkişafında İPO-nun rolu və Listinq Məsləhət Proqramı mövzusunda təqdimatlar edib və öz təcrübələrini bölüşüblər. Tədbirin ikinci hissəsində təşkil edilən panel iclasında “SOCAR Kapital”, “Azfinance”, “PSG Kapital” şirkətlərinin, o cümlədən Bakı Fond Birjasının nümayəndələri tərəfindən “Kapital Bazarlarında qiymətli kağızlar təcrübəsi” mövzusu üzrə ətraflı müzakirələr aparılıb.
Tədbir zamanı orta sahibkarlığın kapital bazarları vasitəsi ilə maliyyələşməsi imkanları xüsusi olaraq diqqətə çatdırılıb. “Şirkətlərin İnkişaf Yolunda İPO və İstiqraz Buraxılışı” mövzusunda təşkil olunan konfransın əsas məqsədi kapital bazarları vasitəsi ilə maliyyələşmənin təşviqi, bu sahədə zəruri biliklərin formalaşdırılması, eyni zamanda potensial investorlar, şirkətlər və vasitəçi qurumlar arasında dialoqun qurulmasını təmin etməkdir.
Sonda tədbir iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunub.
Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində Kapital bazarından maliyyələşmənin təşviqi və investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























