"Dünyada neftin qiymətini üç nəfər müəyyən edir"
Dünya bazarında neftin qiymətini 3 nəfər - Səudiyyə Ərəbistanı şahzadəsi, Rusiya və ABŞ prezidentləri müəyyən ediblər və bundan sonra da müəyyən edəcəklər.
Bu barədə "Bloomberg" agentliyi yazıb.
Agentliyin köşə yazarı Culian Linin fikrincə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neftin qiymətinə nəzarət etmək imkanını əldən verib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
"Hazırda ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə OPEC üzvü olan 15 ölkədən daha çox neft istehsal edir. "Qara qızıl"ın qiymətinə təsir edən həmin 3 insanın müxtəlif məqsədləri var. Səudiyyə Ərəbistanı dövlət büdcəsini artırmaq üçün yanacaq istehsalını azaltmaqda davam edəcək. Rusiya 2016-cı illə müqayisədə neftin qiymətindən daha az asılıdır və bu ölkənin neft şirkətləri artıq yatırdıqları investisiyalardan pul qazanmaq istəyirlər. Prezident Vladimir Putini neftin hər barel üçün 70 dollarlıq qiyməti “tam olaraq qane edir”. Prezident Donald Trampın mövqeyi isə sözün həqiqi və məcazi mnənasında daha “möhkəmdir”. Çünki, rəsmi Vaşiqton Ər-Riyad ilə jurnalist Camal Qaşıqçının qətli fonunda yaxşı münasibətlər saxlamağa çalışır. Baxmayaraq ki, ABŞ Senatı Səudiyyə Ərəbsitanına qarşı sanksiyaların sərtləşdirilməsini təkid edir", - deyə yazar qeyd edib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
4 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI


















