Cənubi Koreyada mobil cihaz istehsalında böyük azalma
Dünyanın ən böyük mobil cihaz istehsalçısı şirkətlərinə ev sahibliyi edən Cənubi Koreyada istehsalın inkişaf etməkdə olan ölkələrə köçürülməsilə son 10 ildə yerli istehsalda böyük azalma baş verib.
Cənubi Koreyanın xəbər agentliyi "Yonhap"ın "Strategy Analytics" firması məlumatlarına istinadən verdiyi xəbərə görə, 2008-ci ildə ölkədə 136 milyon vahid mobil telefon və planşet istehsal edilmişdi. 2018-ci ildə bu rəqəm 25 milyona qədər geriləyib.
"Marja" Agentliyin xəbərinə istinadən xəbər verir ki, Cənubi Koreya, 2008-ci ildə dünyadakı cəmi istehsalının 11,4%-ni həyata keçirərkən, 2018-də nisbət 1,3%-ə düşüb.
Şirkətlər istehsallarını Çin, Hindistan və Vyetnam kimi inkişaf etməkdə olan ölkələrə köçürüblər.
2018-ci ilin məlumatlarına görə, ildə 1,3 milyard vahid istehsal edən Çin, ümumi istehsalın 70%-ini təkbaşına qarşılayır. Çinin ardınca 264 milyonla Hindistan (13,6 faiz) və 188 milyon ədədlə Vyetnam (9,7 faiz) gəlir.
Cənubi Koreyalı istehsalçılar son illərdə istehsal xərclərini aşağı salmaq üçün zavodlarını qonşu region ölkələrinə köçürürlər.
Texnologiya nəhəngi Samsung, mobil cihazların təxminən yarısını Vyetnamdakı zavodlarında istehsal edir. Şirkət bir müddət əvvəl Hindistanda da zavod açıb. LG də cib telefonu və planşet istehsalının yalnız 15%-ini öz ölkəsində, qalanını Vyetnam və Braziliyadakı zavodlarında istehsal edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























