"NBC Bank”ın baş sponsor olduğu müsabiqə başa çatdı – QALİBLƏR MƏLUM OLDU
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun "NBC Bank" ASC-nin baş sponsoruğu ilə gənc iqtisadçı tədqiqatçılar arasında keçirdiyi elmi məqalə müsabiqəsi başa çatıb.
“Marja” xəbər verir ki, 18 Oktyabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilmiş tədbirdə qaliblərin adları açıqlanıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, Çin Xalq Respublikasının və Gürcüstan Respublikasının Milli Elmlər Akademiyaların üzvləri, “NBC Bank”ın Müşahidə Şurasının sədri Fuad Qənbərov, “NBC Bank”ın Baş direktoru Qasım Əliyev iştirak ediblər.
Münsiflər heyətinin qərarına görə, 1-ci yerə AMEA İqisadiyyat İnstitutunun şöbə müdiri Leyli Allahverdiyeva “Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi və turizmin inkişafı” adlı məqaləsinə görə layiq görülüb.
2-ci yerə “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şəhriyar Muxtarov və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şahin Əkbərov layiq görülüblər.
3-cü yer üzrə isə AMEA İqtisadiyyat İnstitutunun elmi işci Ceyhun Hüseynov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Şəhzadə Mədətova qaliblər elan ediliblər.
Müsabiqənin qaliblərinə fəxri diplomlar və pul mükafatları təqdim olunub. “NBC Bank” tərəfindən birinci yerin qalibinə 1500 manat, ikinci yerin qaliblərinin hər birinə 1000 manat, 3-cü yerin qaliblərinin hər birinə isə 500 manat mükafat təqdim olunub.
Qeyd edək ki, müsabiqə AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məktəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq məqsədilə keçirilib.
Ad, soyad | Həmmüəllif | Məqalənin adı | İşlədiyi, tehsil aldığı yer | Təvəllüdü |
Leyli Allahverdiyeva 1- ci yer |
| Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi və turizmin inkişafı | AMEA İqisadiyyat İnstitutu, şöbə müdiri | 16.04.1984 |
Şəhriyar Muxtarov 2-ci yer | Ceyhun Mikayılov, Ceyhun Məmmədov, Elvin Məmmədov | The Impact of Financial Development on Energy Consumption: Evidence from an Oil-Rich Economy | “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, müəllim | 23.03.1987 |
Şahin Əkbərov 2-ci yer |
| Antecedents of Customer Based Brand Equity-Research in Azerbaijan | Azərbaycan Dövlət İqtisad Universiteti müəllim | 25.11.1983 |
Mirvari Qəzənfərli 3-cü yer | Musayeva A. A, Musayev T.M. and Gazanfarli M | Evaluation of the Impact of the Changing the term of Tax Liability Performance on Tax Receipts by Minmax Composition Method
| AMEA İqisadiyyat İnstitutu | 22.03.1992 |
Ceyhun Hüseynov 3-cü yer | Səbinə ŞIXƏLİYEVA, PhD AMEA İqtisadiyyat İnstitutu | MİNİMUM ƏMƏK HAQQI VƏ İŞSİZLİK | AMEA İqtisadiyyat İnstitutu, elmi işci | 15.05.1989 |
Şəhzadə Mədətova 3-cü yer | Akif Musayev, and Samir Rustamov | Mamdani-Type Fuzzy Inference System for Evaluation of Tax Potential | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti | 17.04.1986 |
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 41 d. əvvəl
-
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub






.jpg)






.jpg)



.jpg)








