"İddiaları əsasızdır, sığorta ödənişi alıblar"
Əvvəllər birdəfəlik ödəməni almadıqlarını iddia edən bir qrup vərəsənin əslində bu ödəməni aldıqları sənədlər əsasında təsdiqini tapıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
Mətbuat konfransında bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə sənədlərin qəbulu prosesi davam etdirilir.
Bununla belə, Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən ötən dövrdə müvafiq şığorta ödənişi edilmiş və bu səbəbdən hazırda birdəfəlik ödəməni almaq hüququ olmayan vərəsələrdən bir qrupu indiyədək heç zaman sığorta ödənişi almadıqlarını iddia edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər bir çox instansiyalara, o cümlədən Milli Məclisə şikayət xarakterli müraciətlər edirlər. Nazirlik tərəfindən bütün bu müraciətlərin hər birinə diqqətlə yanaşılaraq qeydiyyata götürülməklə, aidiyyəti qurumlarla birgə müvafiq araşdırmalar həyata keçirilir.
Bir qrup şikayətçinin müraciətlərinin araşdırılması zamanı vərəsələri olduqları şəhid hərbi qulluqçulara görə onların indiyədək heç zaman sığorta ödənişi almadıqları barədə iddialarının əsassız olduğu müəyyən edilib. Belə ki, həmin vərəsələrə hələ 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən müvafiq şığorta ödənişinin həyata keçirildiyi şığorta ödənişinin alınmasına hüquq verən sənədlər əsasında təsdiqini tapıb.
Bununla əlaqədar tərtib olunmuş cədvəli diqqətinizə təqdim edirik.
Sığorta ödənişini almadıqlarını iddia edən digər bir sıra vərəsələrlə bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, şəhid hərbi qulluqçuların dəqiqləşdirilmiş siyahısı üzrə nazirliyin saytında (www.mlspp.gov.az) “Birdəfəlik ödəmə” bölməsində şəhid hərbi qulluqçunun adı, soyadı və atasının adı qeyd olunmaqla, sorğu verilir və şəhid hərbi qulluqçunun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığı barədə məlumat əldə olunur.
Bu və ya digər şəhid hərbi qulluqçunun vərəsəsinə illər öncə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilibsə, bölmədə sorğunun nəticəsi kimi bu məlumat qeyd olunur və həmin şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almağa hüququnun olmadığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)







