Bu gün hərracda satılan dolların məbləği məlum oldu
Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarına 50 mln. ABŞ dollarından çox vəsait satılıb.
Bank dairələrindən aldığı məlumata görə, hərraca 35 mln. dollar vəsait çıxarılsa da sonradan tələbin çoxluğu nəzərə alınaraq bu həcm 16 mln. dollara yaxın artırılıb.
Bugünki hərracda satılan vəsaitin artırılması son bir neçə hərracda satışa çıxarılan valyutanın satılmaması nəticəsində yaranan qalıq valyuta hesabına təmin edilib: "Xatırladaq ki, son hərraclarda valyutaya tələbatın azalması nəticəsində 60 mln. dollardan çox vəsaitə qənaət edildiyi ehtimal olunur. Bu vəsaitdən növbəti hərraclarda da əlavə olaraq istifadə edilməsi mümkündür. Bu da o deməkdir ki, növbəti hərraclara nəzərdə tutulan 35 mln. dollardan başqa əlavə 45 mln. dollarlıq kütlə də çıxarıla bilər".
Qeyd edək ki, ARDNF-in dolların orta illik məzənnəsini 1,75 AZN/USD səviyyəsində ehtimal etməsi amili nəzərə alınmaqla, valyuta hərraclarına ümumilikdə 3,5 mlrd. dollar və ya hər bir hərraca 35 mln. dollara yaxın vəsait çıxarması planlaşdırılır.
16 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşmışdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)







