Lirənin "ölməsinə" səbəb olan Branson haqqında yeni xəbər
17:30
Türkiyədə məhkəmə amerikalı keşiş Endryu Branson barədə qərarını açıqladı.
"Marja" xəbər verir ki, qərara görə, Bransona 3 il 1 ay 15 gün həbs cəzası verilib. Onun 2016-cı ildən həbs edilməsi nəzərə alınsa, Bransonun azadlığa buraxılacağı bildirilir.
Bransonun ev həbsi və xaricə çıxışı qadağası da ləğv edilib.
Bakı vaxtı ilə saat 17:29-da Dollar/TL məzənnəsi 5.8612 səviyyəsindək düşümüşdü. Bakı vaxtı ilə saat 17:48-ə olan məlumata görə, məzənnə yenidən bir qədər yüksələrək 5.9723 səviyyəsinə qalxıb.
Türkiyə mətbuatı keşişin sərbəst buraxıldığını bildirir. Bransona verilən 3 il 1 ay 15 günlük cəza, Bransonın həbsxanada qaldığı müddətə sayılıb və ABŞ-lı keşiş bir daha həbsxanaya girməyəcək. Artıq Branson məhkəmə zalından evinə gedib. Onun Amerikaya yollanacağı gözlənilir.
İlk öncə prokuror Bransona 35 il cəza verilməsini istəyirdi. Bu gün məhkəmədə isə, prokuror Bransona 5-10 il cəza verilməsini istədi. Hakimlər isə bransona 3 il 1 ay 15 gün həbs cəzası verdi.
16::35
Türkiyədə teror təşkilatları adına cinayət törətməkdə və cəsusluqda ittiham olunan ABŞ-lı keşiş Endryu Bransonun məhkəməsi davam edir.
"Marja" xəbər verir ki, prokuror Bransonun ev həbsi qərarının ləğv edilməsini və "teror təşkilata üzv olduğuna görə" 5-10 il azadlıqdan məhkum edilməsini istəyib.
İndi hakimin qərarı gözlənilir. Bransonın yatdığı müddət də nəzərə alınaraq azad ediləcəyi gözlənilir
"Prokuror mütaliəsində Branson haqqında nəzarət qərarının götürülməsini və 5-10 il həbs cəzası verilməsini istəyib. Nəzarətin götürülməsi Bransonun ev həbsinin sona çatması anlamına da gəlir",- Türkiyə mətbuatı yazır.
Bakı vaxtı ilə saat 16:58-də Dollar/TL məzənnəsi 5.8442 səviyyəsində olub. Bu gün Lirə 1,4% bahalaşıb.
Qeyd edək ki, bu gün keçirilən məhkəmə iclasında iddianamədə yer alan şahidlər dinlənilib. Şahidlərdən üçü Branson əleyhinə verdiyi ifadələri dəyişib.
Məhkəmənin kilid isimlərindən olan Levent Kalkan daha öncə 15 İyul dövlət çevrilişi cəhdi zamanı bəzi əsgərlərin Bransonun evində qaldığını söyləmiş və bu məlumatı Yılmaz Demircandan eşitdiyini bildirmişdi.
İclasda Kalkan və Demircan üzləşib. Demircan, "Bu evdə mən, sadəcə, koreyalıları gördüm" deyəndə, məhkəmə sədrinin "Bəs FETÖ-çülər qalmışdı bu evdə?" şəklindəki sualına Levent Kalkan, "Mən belə bir şey deməmişəm" deyərək cavab verib.
Levent Kalkan ifadəsinin yanlış anlaşıldığını bildirib.
Branson da iddiaları rədd edib, FETÖ-çuları tanımadığını bildirib.
ABŞ-lı keşiş Branson 2016-cı ilin Dekabr ayında terror təşkilatı adına cinayət törətmək və casusluq ittihamları ilə həbs olunmuş və 25 İyulda həbsi ev həbsinə çevrilmişdi.
Bransonın 25 İyuldakı iclasda sərbəst buraxılmaması Türkiyə ilə ABŞ arasında böhrana səbəb olmuş və Ağ Ev rəhbərliyi daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gül haqqında sanksiya tətbiq etmək qərarı vermişdi. Qərardan sonra Türk Lirəsi kəskin ucuzlaşmışdı.
Daha sonra ABŞ Prezidenti Donald Tramp, Türkiyədən polad və alüminium idxalına tətbiq olunan gömrük tariflərinin iki dəfə artırıldığını açıqlamışdı.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 8 saat əvvəl
-
- 11 saat əvvəl
-
14 saat əvvəl
Trampın İranın cavabını rədd etməsindən sonra neft bahalaşıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
1 gün əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Morgan Stanley-dən 150 dollarlıq neft ssenarisi
Mayın 12-də gözlənilən hava şəraiti - 30° isti
Tramp 13–15 may tarixlərində Çinə səfər edəcək
Tramp: İranın verdiyi cavab “tamamilə qəbuledilməzdir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 2 GÜN
Ən çox oxunanlar
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
“Zangilan City Park Hotel”in təməli qoyuldu
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub






.jpg)
.jpg)









.jpg)





