Azercell Ekskluziv indi Ağcabədidə
(®) Şirkət müştəriləri üçün hədiyyə kampaniyasını təqdim edir
Müştəri məmnuniyyətinin daim yüksək səviyyədə olmasına önəm verən, Bakı ilə yanaşı bölgələrdə də abunəçilərə yüksək standartlara uyğun xidmət göstərməyi hədəfləyən “Azercell Telekom” MMC Ağcabədidə yeni ekskluziv mağazasının açılışını edib.
Ü. Hacıbəyli prospekti 68 ünvanında abunəçilərə xidmət göstərəcək mağaza ən müasir avadanlıqla təchiz olunaraq yeni konsepsiyaya uyğun təşkil olunub. 10 oktyabr - yeni mağazanın açılış günündə Azercell müştərilərinə özəl hədiyyə olaraq smartfon kampaniyasını da təqdim edir.
Belə ki, açılış günündən etibarən 7 gün müddətində Ağcabədi Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.
Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün Azercell ilin sonunadək bütün ölkə boyu yeni konsepsiyalı Ekslüziv mağazalarının sayını artırmağı planlaşdırır. Yeni mağazaların xüsusi özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Bir sözlə mağazalara müraciət edən abunəçilərin rahatlığı və onlara operativ xidmət göstərilməsi üçün şirkət tərəfindən hər cür imkanlar yaradılıb.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1), Bərdədə (İsmət Qayıbov küç., 8), Gəncədə (Heydər Əliyev prospekti, 149) və Beyləqanda (Sərdar İmrəliyev küç. 265) abunəçilərin ixtiyarına verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
11 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
13 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)

















