Biznes krediti götür, gecikdirmədən ödə, faizləri geri al - YENİ TƏKLİF
Unibank biznes sahibləri üçün çox sərfəli faizlərlə kredit təklif edir.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, Unibankdan kredit götürən korporativ müştərilər müddətin sonunda ödədikləri kredit faizinin bir hissəsini geri alacaqlar. Bunun üçün sadəcə krediti gecikdirmədən ödəmək lazımdır.
Unibankın biznes müştəriləri üçün nəzərdə tutduğu “Sözümüz sözdür!” kampaniyası, sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır. Kampaniya müddətində götürdüyü krediti tamamilə gecikməsiz ödəyən hüquqi şəxslər, ödədikləri faiz məbləğinin 10%-ni geri alacaqlar. Kampaniya noyabrın 16-dək davam edəcək.
Kampaniyanın şərtləri:
- Ancaq hüquqi şəxslər istifadə edə bilər;
- 15.000 AZN-dən yuxarı kreditlər üçün nəzərdə tutulur;
- 18 ay və ondan artıq müddətli kreditlərə aiddir (kredit götürmüş müştəri minimum ilk 18 ay davamlı ödəniş etməlidir).
- Bankın yalnız öz vəsaiti ilə verdiyi kreditlərə şamil edilir.
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibankın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























