Türkiyədə inflyasiya açıqlandı, Lirə ucuzlaşdı
Türkiyədə kritik inflyasiya göstəriciləri açıqlandı.
"Marja" xəbər verir ki, Türkiyədə Sentyabrda inflyasiya aylıq 6,3%, illik isə 24,52% təşkil edib. Bu proqnozlardan yüksəkdir. İnflyasiyanın aylıq 3,50%, illik isə 21,3% təşkil edəcəyi gözlənilirdi. İllik inflyasiya 2003-cü ilin İyun ayından bəri ən yüksək səviyyədir.
Türkiyə Statistika Komitəsi (TÜİK) tərəfindən verilən açıqlamaya görə, istehlakçı qiymətləri 2018-ci ilin Sentyabr ayında əvvəlki ayla müqayisədə 6,30 %, ötən ilin Dekabr ayı ilə müqayisədə 19,37%, ötən ilin Sentyabr ayı ilə müqayisədəisə 24,52% artıb.
Sentyabrda istehsalçı qiymətləri indeksi (istehsalçı inflyasiyası) isə aylıq 10.88%, illik 46.15 % artıb.
Baza inflyasiya 19.3% proqnoza qarşılıq 24.05%-ə yüksəlib. Ərzaq inflyasiyası illik 27.70%, aylıq 6.40% artıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
İnflyasiyanın gözləniləndən yüksək olması ilə əlaqədar olaraq Dollar/TL məzənnəsi 6.0714 səviyyəsinə yüksəlib (saat 11:15-ə olan məlumat). Lirə Dollar qarşısında 1,4%-dən çox ucuzlaşıb. Məlumat açıqlanmamışdan öncə Dollar 5.98 lirə səviyyələrində idi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























