PAŞA Bank Beynəlxalq ticarətin inkişafı üzrə illik konfransda iştirak edir
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ABŞ-ın Çikaqo şəhərində keçirilən Beynəlxalq ticarətin inkişafı üzrə illik konfransda iştirak edir. Tədbirin təşkilatçısı nüfuzlu beynəlxalq qurum olan - Bankers Association for Finance & Trade (BAFT)-dir.
Bu konfransda hər il ümumilikdə beynəlxalq ticarət əməliyyatlarının aparılmasında fəal iştirak edən şirkət və qurumların 100-dən artıq nümayəndəsi - beynəlxalq maliyyə institutları, sığorta şirkətləri, konsaltinq şirkətləri, ixrac kredit agentlikləri, biznes üçün İT həllərinin işlənib hazırlanması ilə məşğul olan şirkətlər, həmçinin dövlət institutları və tənzimləyici qurumların nümayəndələri iştirak edir.
Konfransın spikeri qismində PAŞA Bankı Xəzinədarlıq və Kapitalın İdarə olunması Departamentinin direktoru Ceyhun Hacıyev təmsil edir. Bankın nümayəndəsi “Ticarət münasibətlərinin inkişafında tərəfdaşlıq yanaşması: Baş Treyderlər ilə dialoq” mövzusunda olan tematik paneli çərçivəsində tədbir iştirakçılarının qarşısında çıxış edəcək.
Bu il konfrans iştirakçıları əsasən beynəlxalq ticarət siyasətinin inkişafında müasir meyllər, beynəlxalq ticarətin milli iqtisadiyyatın inkişafına təsiri, risklərin idarə olunması baxımından ticarət maliyyələşdirməsi, təchizat zəncirinin idarə edilməsi kimi mövzuları müzakirə edəcəklər. Mütəxəssislər beynəlxalq ticarət əməliyyatlarının aparılmasının tənzimləyici çərçivələri və hüquqi əsası, blokçeyn texnologiyaların perspektivləri, bank olmayan kredit təşkilatlarının ticarət maliyyələşdirməsində iştirak potensialı, ixrac kredit agentliklərinin rolu kimi məsələlərdə fikir mübadiləsi aparacaq, aktual olan digər məsələləri müzakirəyə çıxaracaqlar.
Qeyd edək ki, bu, BAFT tərəfindən keçirilən 28-ci beynəlxalq ticarətin inkişafı üzrə beynəlxalq konfransdır. İkigünlük tədbir öz işini bu gün – sentyabrın 28-i yekunlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















