“Medi Club” tələbələrə təqaüd ödəyəcək
Azərbaycan Tibb Universitetinin 10 tələbəsi əlavə aylıq təqaüdlə təmin olunacaq. Universitetin tələbə və rezidentləri pulsuz təlimlərdə iştirak etmək imkanı qazanacaqlar. Bunlar Azərbaycan Tibb Universiteti (ATU) ilə Tibbi Servis şirkəti “Medi Club” MMM arasında əməkdaşlıq müqaviləsində nəzərdə tutulub.
"Marja" xəbər verir ki, müqavilə bu gün ATU-nun rektoru,professor Gəray Gəraybəyli ilə “Medi Club”-ın baş direktoru Sabir Adnayev arasında görüş zamanı imzalanıb. Görüşdə müqavilənin şərtləri ətraflı müzakirə olunub və konkret bəndlərlə bağlı razılıq əldə olunub.
Müqaviləyə əsasən, “Medi Club” MMM ATU-nun 10 tələbəsinə aylıq 150 manat məbləğində təqaüd ödəyəcək. Bundan əlavə, ATU-nun hər ixtisas üzrə bir rezidentinin kompüter tomoqrafiyası, poliklinik terapiya, pediatriya və təcili yardım üzrə rotasiya tsikllərini keçməsi üçün öz kliniki bazasını təqdim edəcək. Tibbi Servis şirkəti həmçinin 12 nəfərdən ibarət tələbə və rezidentlərdən ibarət qruplar üçün pulsuz BLS və ACLS təlimlərinin təşkil edəcək.
Bundan əlavə, müqavilədə tələbələrin şirkətin bazasında ödənişsiz staj keçməsi və müştərək elmi işlər aparılması da nəzərdə tutulub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 50 d. əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb












.jpg)




.jpg)





