"Neftin bahalaşması müvəqqətidir, 100 dollara qalxacağına inanmıram"
"Neftin qiymətinin artması cəmi bir neçə həftə davam edə bilər".
Bunu Rusiya Energetika və Maliyyə Nazirliyi İqtisadi departamentinin rəhbəri Marsel Salehov bildirib.
“Bunun bazara ciddi təsir göstərəcək uzunmüddətli bir amil olduğu qənaətində deyiləm. OPEC+ tərəfindən İrandan neft ixracının mümkün azalmasını neytrallaşdırmaq üçün hasilatı artırmaqla bağlı işarə verilməməsi nəticəsində bazarda “Brent” markalı neftin qiyməti uzun müddətdən sonra ilk dəfə 80 dollar həddini keçib. OPEC hasilatı artırmamaq barədə qərar verəndən sonra qiymətlərin qalxması həmin qərarın bazar üçün gözlənilməz olduğunu göstərir”, - ekspert deyib.
M.Salehov İrana qarşı ABŞ sanksiyalarının dünya neft bazarına təsirindən də danışıb: "Həmin sanksiyalar hələ yazda elan olunduğundan ötən müddət ərzində qiymətlərə artıq "həkk olunub". Bu vəziyyət nəticəsində neftin barelinin 100 dollaradək bahalaşacağına inanmıram. Üstəlik, belə bahalaşmanın istehsalçılara sərf edəcəyini də düşünmürəm”.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























