Gürcüstan Azərbaycan təcrübəsini öyrənir
2018-ci ilin 13-14 sentyabr tarixlərində Gürcüstan Respublikası Əmanətlərin Sığortalanması Agentliyinin ekspertləri Azərbaycanın əmanətlərinin sığortalanması sisteminin fəaliyyət prinsiplərinin öyrənilməsi məqsədilə Bakıya səfər ediblər.
2017-ci ildə yaradılmış Gürcüstan Əmanətlərin Sığortalanması Agentliyinin nümayəndələri ilk təcrübə mübadiləsi səfərləri çərçivəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda keçirdiyi görüşlərdə Azərbaycan Respublikasının “Əmanətlərin Sığortalanması haqqında” Qanunu, əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri, Fondun strukturu, banklardan hesabatların qəbulu və emalı üzrə elektron hesabat sistemi, sığorta hadisəsi zamanı kompensasiyaların ödənilməsi qaydaları ilə tanış olublar.
Bundan əlavə, 2018-ci ilin 12-14 sentyabr tarixlərində Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Avstriyanın Vyana şəhərində Avropa Əmanət Sığortaçılarının Forumunun (EFDI) illik toplantısında iştirak ediblər.
Kecirilən toplantıda Avropa ölkələrinin əmanətlərin sığortalanması fondlarının nümayəndələri əmanətlərin sığortalanması sisteminin stress-testlərin keçirilməsi, risk əsaslı ödənişlərin tədbiqi və əmanətlərin sığortalanması prinsiplərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




