<p><a href="https://www.pashabank.az/press_centre,1315/lang,az/" <font color=green>PAŞA Bankdan Kiçik və orta sahibkarlar üçün yeni məhsul</font><p>
PAŞA Bank tərəfindən Kiçik və Orta Sahibkarlar üçün yeni məhsul təqdim edilərkən müştərilər hesab üzrə həyata keçirdikləri əməliyyatlara əsasən beş qrupa ayrılmış və hər qrup üçün xüsusi paket hazırlanmışdır.
Bu əməliyyatlara hesabda olan pul vəsaitlərinin nağdlaşdırılması, yerli və xarici valyuta ilə bankdan kənar köçürmələr, valyuta mübadiləsi, ekvayrinq və s. daxildir.
Kiçik və Orta Sahibkarların bəhrələnə biləcəyi yeni beş növ tarif paketləri onlara daxil olan əməliyyatların növü və həcmi ilə fərqlənir. Paketlər müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir.
Tarif paketlərinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də müştərinin bankla olan əməkdaşlıq formatı nəzərə alınmışdır.
Müştəriyə artıq böyük sayda xidmətləri və onlar üzrə tarifləri müqayisə etmək, tutuşdurmağa ehtiyac qalmır. Müştərinin biznes fəaliyyətini əhatə edən bütün mühüm funksiyaları özündə cəmləşdirən paketlər maliyyə əməliyyatları zamanı pula və vaxta qənaət etməyə imkan verirlər.
Tarif paketlərinə qoşulan bütün müştərilərə internet bank xidmətinə qoşulma və 3 illik korporativ və ya Tacir kartı hədiyyə edilir.
Müştəri öz biznesi üçün ən münasib tarif paketini seçib və aylıq xidməthaqqını ödəyərək bir çox digər xidmətlərdən pulsuz və ya güzəştli tariflərlə istifadə etmək imkanı əldə edir.
“Klassik”, “Elektron”, “Biznes”, “Aktiv” və “Premium” paketlər haqqında ətraflı məlumat: https://www.pashabank.az/press_centre,1315/lang,az
Ünvan:
Yusif Məmmədəliyev küç. 13
Bakı, AZ1005, Azərbaycan
Korporativ müştərilər üçün: *8123 / (+994 12) 496 50 04
Fərdi müştərilər üçün: *9123 / (+99 412) 496 50 00
Baş ofis: (+994 12) 496 51 00
Fax: (+994 12) 496 50 10
Web-site: www.pashabank.az
E-mail: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)



