"Acer" "Azərbaycanda davam" deyir
"Acer" şirkəti Azərbaycanda biznesini inkişaf etdirmək niyyətindədir. Ölkədə biznesin inkişafı üçün potensial mövcuddur. Şirkət Azərbaycana hər zaman xüsusi diqqət ayırmağa davam edəcək.
Bu barədə şirkətin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti Qriqori Nizovski azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə hər bir ölkədə biznesin inkişafı üçün potensialı əhalinin alıcılıq qabiliyyəti xarakterizə edir. Azərbaycanda da alıcılıq qabiliyyəti yaxşıdır.
“Xalqlar bir-birindən fərqlənirlər. Azərbaycanlılar bəzi xarakterlərinə görə ruslara oxşayırlar. Bu insanların digərlərindən fərqlənən məhsullar xoşlarına gəlir. Orada adamlar yeni ideyalar axtarışındadır. Belə bazarda işləmək isə maraqlıdır”, - deyə o, qeyd edib.
Buna baxmayaraq, şirkət yaxın vaxtlarda Azərbaycanda ticarət nümayəndəliyi açmağı planlaşdırmır.
“Hazırda Azərbaycanda nümayəndəmiz var. Düşünürəm ki, hələki biz bu formatda işləyəcəyik. Yaxın vaxtlarda Azərbaycandan məhsul satmayacağımız üçün bu ölkədə ticarət nümayəndəliyi açmağı da planlaşdırmırıq. Xidmət mərkəzimiz isə var. “Bestcomp” şirkəti uzun müddətdir ki, fəaliyyət göstərir.
Bazar haqqında məlumatların toplanması, hansı imkanların olduğunun araşdırılması ilə hazırda bir nəfər məşğul olur. Yaxın vaxtlarda bu sahədə genişlənməyi düşünmürük.”-deyə, vitse-prezident qeyd edib.
Şirkət rəsmisi ölkədə qonşu Gürcüstandakı kimi böyük layihələr olmadığını vurğulayıb: "Hazırda Azərbaycan təhsil sahəsində layihələr o qədər çox deyil. “Xalq kompüteri” layihəsi var. Bu layihə də uzunmüddətdir ki, uzanır. Biz bu layihə üzrə müəyyən olunmuş həcmdə təminatı təchiz edirik. Lakin Gürcüstandakı kimi böyük layihələr yoxdur ki, həmin layihələrə əsasən illik tenderlər keçirilsin”.
Şirkət rəsmisi bildirib ki, hazırda Azərbaycanda il ərzində 5 min "Acer" brendli stolüstü kompyuter yığılır: "Kompüterlərin yığılması tələbin qarşılanması üçündür. Bizim üçün tələb birincidir. Belə ki, dövlət orqanlarına məhsullarımızı təklif edirik. Təşkilatların sifarişləri əsasında yığım edirik. Kompüteri bizim tərəfdaşımız yığır. Biz sadəcə texniki dəstək veririk.”
Qeyd edək ki, 2015-ci ildən Azərbaycanın kompüter avadanlığı istehsalçısı KÜR Tayvanın "Acer" şirkətinin brendi altında Mingəçevirdə kompüter istehsalına başlayıb. Belə ki, Mingəçevir texnoparkının rezidenti "HI-Tech Invest" bu kompüter avadanlıqlarının istehsalını üzərinə götürüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
15 d. əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
33 d. əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Ən çox oxunanlar
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb





















