83 dövlət əmlakı hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi növbəti hərraclardan biri 16 oktyabr tarixində reallaşacaq. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb.
Onlardan 20-si səhmdar cəmiyyəti, 13-ü kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 39-u isə nəqliyyat vasitəsidir. Hərraca təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aid səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-lik səhm paketləri hərraca çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlaklarına Xırdalan Nəqliyyat, Bərdə Kərpic, Şəmkir Nəqliyyat Ekspedisiya və digərləri aiddir.
Kiçik dövlət müəssisələri isə Bakı, Gəncə, Ağdam, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Bu əmlaklarının ümumi faydalı sahəsi 15 kv.m ilə 3763 kv.m intervalında, təyin olunan ilkin hərrac qiyməti isə müxtəlifdir. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 145 saylı bufetin ümumi faydalı sahəsi 299 kv.m-dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu obyektin ilkin hərrac qiyməti 74 min manatdır.
Fəaliyyətinin bərpası ictimai iaşə obyektini sahibi üçün xidmət sahəsində yüksək gəlir mənbəyi edə bilər. Lənkəranda Əmlak kompleksi, Qobustanda Taxıl qəbul məntəqəsi və digər özəlləşməyə çıxarılan əmlaklar potensial hərrac iştirakçıları üçün maraqlı obyektlərdir.
Kiçik biznes sahələri üzrə ofis və ya digər xidmət obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin 9-u Bakıda, 2-si isə Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 19 kv.m ilə 177 kv.m aralığındadır. Paytaxtın Səbail rayonu, Ş.Ələkbərova küçəsi, 7 ünvanındakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 107 kv.m, ilkin hərrac qiyməti isə 80 min manatdır.
Avtomobil sahibi olmaq arzusunda olan şəxslər üçün bu dəfə hərracda geniş seçim imkanı mövcuddur. Buraxılış tarixləri 2005-2009-cu il olan nəqliyyat vasitələri DAEWOO, MAN LİON S Classik, BMW və Nissan markalarına aiddir.
Hərraclarda təqdim olunan imkanlardan istənilən şəxs yararlana bilər. Özəlləşməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat öyrənmək və hərrac iştirakçısına çevrilmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Əmlak Məsələləri Dövlət Komitəsi mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi məkan anlayışı olmadan vaxta qənaəti təmin edən hərraclarda fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
1 saat əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
2 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
Ən çox oxunanlar
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb




















