Expressbank uşaqlara sevinc gətirir!
(®) Şagird üçün ilk dərs günü kosmik gəminin fəzaya göndərilməsinə bərabərdir – o, bilik məkanına öz yolunu başlayır. Bu yolda ona ən yüksək kömək və dəstək göstərmək biz böyüklərin borcudur.
Öz təhsil sahəsindəki xeyriyyəçiliyi ilə tanınmış bankir Corc Pibodi deyirdi: “Təhsil indiki nəslin gələcək nəsilə olan borcudur”. Təhsilin gələcək uğurun bünövrəsi olduğunu hesab edən Expressbank bununla tam razıdır və mütəmadi olaraq bu istiqamətdə sosial layihələr həyata keçirir.
Bilik günü ərəfəsində bankın əməkdaşları Beylaqan rayonunun Kəbirli kəndində yerləşən 2 №li tam orta məktəbi ziyarət etdilər, şagirdləri öz gəlişi və hədiyyələri ilə sevindirdilər. 70 nəfərə yaxın ibtidai sinif şagirdi çanta və məktəb ləvazimatları hədiyyə alıb, dərs ilinə tam hazır oldular.
Bankın əməkdaşlarını Milli Məclisin deputatı Şahin İsmayılov, məktəbin direktoru İlqar İbadov və pedaqoji kollektiv qarşıladı. Onlar Expressbank-a göstərdikləri yardıma görə minnətdarlıq bildirdilər və belə sosial layihələrin uzaq və cəbhə bölgəsinə yaxın kəndlər üçün vacibliyini vurğuladılar.
Görüşdən video çarxı izləyə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)
.jpg)





.jpg)



.jpg)








