4 gündə 100 milyard dollar itirdilər
Nyu-York birjasında ticarət olunan Apple və Amazon-un səhmləri son 4 əməliyyat günündə 4%-dən çox ucuzlaşıb. Nəticədə, bu şirkətlərin ümumi bazar dəyərindən təxminən 100 milyard dollar silinib.
"Marja" xəbər verir ki, keçən həftənin çərşənbə axşamı günü 228,36 dollardan bağlanmış Apple səhmləri, dünən 218,33 dollara geriləyərək bu müddət ərzində 4,4 faiz ucuzlaşıb.
Bundan başqa, sözügedən dövrdə, Apple-ın bazar dəyəri 1,1 trilyon dollardan 1,05 trilyon dollara geriləyib və şirlkətin bazar dəyərindən 50 milyard dollar silinib.
Elektron-ticarət nəhəngi Amazon-un səhminin qiyməti ötən həftənin çərşənbə axşamı günü 2039,51 dollardan bağlanmasının ardından, dünən 1939,01 dollaradək düşüb. Son 4 əməliyyat günündə ucuzlaşma 4,9 faiz tətşkil edib.
Sözügedən dövrdə, Amazon-un bazar dəyəri isə 994,7 milyard dollardan 945,7 milyard dollara qədər geriləyib və 49 milyard dollarlıq azalıb.
Beləliklə, dünyanın ən dəyərli iki şirkəti mövqeyində olan Apple və Amazon-un bazar dəyərindəki cəmi itki son 4 əməliyyat günündə 99 milyard dollar olub.
Bazar dəyəri 2 Avqustda 1 trilyon dollara yüksələn Apple tarixdə bu səviyyəyə çatan ilk şirkət olub. Amazon-un bazar dəyəri isə ötən çərşənbə axşamı günortan saatlarında bu səviyyəyə çatmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
7 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















