Neft qiymətləri fırtına təhdidilə yüksəlib
ABŞ-da körfəz sahilini vurması gözlənilən fırtına təhdidi ilə əlaqədar olaraq neft qiymətləri yüksəlib.
"Marja" xəbər verir ki, "Anadarko Petroleum Corp" şirkəti, "Qordon" tropik fırtınasının Luiziana və Mississipi sahil zolağına yaxınlaşması ilə əlaqədar olaraq Meksika körfəzindəki iki platformasında hasilatı dayandırıb və işçiləri təxliyə edib.
Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) istehsalı bu ilin ən yüksək səviyyəsinə qalxıb.
Neft qiymətləri, İran neftinin alıcılarının Noyabr ayında başlayacaq ABŞ sanksiyaları öncəsi alışları azaltmağa başlamaları ilə Avqust ayında təxminən 8 faiz yüksəlib. İnvestorlar OPEC və Rusiya daxil tərəfdaşlarının mümkün kəsiri bağlamaq üçün hasilatı artırıb-artıracaqlarına da baxırlar. Digər tərəfdən, ABŞ-ın körfəz Sahilinə yaxınlaşan fırtınanın da təklifə mənfi təsir edə biləcəyi narahatçılığını artırır.
Analitiklər bildirirlər ki, fırtına mövsümü olduğuna görə, neft qiymətləri asanlıqla yüksələ bilər.
Bakı vaxtı ilə saat 09:27-yə olan məlumata görə, Qərbi Texas neftinin (WTI) barel qiyməti 70.21 dollara, Brent nefti isə 78.12 dollara yüksəlib. Bu gün qiymətlər təxminən 0,6% artıb. Dünən də qiymətlər bu nisbətdə artmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















