Müəllimlər üçün minimal qiymətlərlə mənzillər - 430 MANATDAN
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və təhsil sahəsində fəaliyyət göstərən şəxslər üçün Abşeron rayonu, Saray qəsəbəsində (Masazır gölünün yaxınlığında) yaşayış kompleksi tikilir.
“Marja” xəbər verir ki, kompleksdə mənzillərin 1 kvadrat metri kreditlə 470 manata, nağd isə 430 manata təklif olunur.
Kompleksdə nağd ödənişlə 1 otaqlı (48,2 və 55,1 kv.m) mənzillər 20 min 726 manata və 23 min 693 manata, 2 otaqlı mənzillər (79,4 kv.m, 83,7 kv.m, 88,5 kv.m və 90,4 kv.m) 34 min 142 manatdan 38 min 872 manatadək qiymətlərə, 3 otaqlı mənzil (111,4 kv.m) isə 47 min 902 manata təklif olunur.
Kredit 36 ay müddətinədək verilir. Mənzili 24 ay kredit ilə alan zaman ilkin ödəniş 10%, 30 ay kredit ilə alan zaman 20%, 36 ay müddətində isə 30% təşkil edir. Kreditlə mənzil, nağd alışdan təxminən 2-5 min manat bahadır. Məsələn, kredit ilə 1 otaqlı 48,2 kv.m-lik mənzil 22 min 654 manata, 2 otaqlı 79,4 kv.m mənzil 37 min 318 manata, 3 otaqlı 111,4 kv.m mənzil isə 52 min 358 manata satılır. Aylıq ödəniş 440,49 manatdan başlayır və 1018 manatadək qalxır (aylıq ödənişməznilin sahəsindən və müddətdən asılıdır.)
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Mənzillər yalnız AMEA əməkdaşları və təhsil sahəsində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Məktəb müəllimləri də mənzil almaq üçün müraciət edə bilərlər. Kompleksdən mənzil sahibi olmaq üçün lazımi sənədlərlə (iş yerindən arayış və şəxsiyyət vəsiqəsi) satış ofisinə yaxınlaşmaq lazımdır.
“Elm və təhsil sahəsində fəaliyyət göstərən şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə çərçivəsində, mümkün qədər minimal qiymətlərlə həmin şəxslərə xidmət etməyə çalışırıq. Buna əlavə olaraq qeyd etmək istərdik ki, sözü gedən ərazi AMEA-a məxsus olmaqla yanaşı, ekoloji təmizliyi, əlverişli infrastrukturu ilə seçilir”,- “Science City” Yaşayış Kompleksindən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
47 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
59 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)











.jpg)




