“Bank of Baku” və “Bakcell Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri məlum oldu!
Dubaya səyahət qazandıran “Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyanın qaliblərinin adları məlum oldu.
Ölkənin aparıcı banklarından olan “Bank of Baku” və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi lotereyanın uduş fondu 27 avqust 2018-ci il tarixində Bank of Baku-nun BoB Akademiya ofisində oynanıldı.
Media nümayəndələrinin, Bank of Baku və Bakcell şirkətinin əməkdaşlarının iştirakı ilə keçirilən uduşda qaliblər avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında təyin olundu.
Seçim nəticəsində lotereyada iştirak hüququ qazanmış Bakcell abunəçisi olan Bank of Baku-nun minlərlə müştəri arasından Kamran Şamiyev adlı iştirakçı əsas mükafatın - Dubaya 1 nəfərlik səyahət paketinin sahibi oldu. Səyahət paketinə Dubaya gediş-dönüş uçuş bileti, transfer xidməti, səyahət sığortası və oteldə 3 gecə 4 günlük istirahət daxildir. İkinci yerin qalibi isə Bank of Baku-nun müştərisi Yamən Fərzəliyeva “iPhone” mobil telefonu qazandı.
Qeyd edək ki, şərtlərə əsasən lotereyanın keçirildiyi dövrdə Bank of Baku-nun xidmətlərindən faydalanan Bakcell abunəçiləri Bankın təqdim etdiyi xüsusi endirimlərlə yanaşı, eyni zamanda Bakcell-dən pulsuz danışıq dəqiqələri və internet paketi hədiyyə qazanıblar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 27 d. əvvəl
- 56 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























