Kart hesblarını mənimsəmək üçün fırıldaq - XƏBƏRDARLIQ
Son zamanlar “Azərpoçt” MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.
Mesajların mövzusu təxminən belədir: “”Təbriklər! Siz “İphone X” və ya “Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.
Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra, hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir.
Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.
"Marja"nın məlumatına görə, Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki;
İnternetdən istifadə zamanı, veb-brauzeriniz sizi www.yetill.com saytına yönəldirsə, bu o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub.
Bu halda telefonunuza www.yetill.com saytından arzu olunmayan “pop-up” reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Bundan başqa, siz www.yetill.com saytına yönləndirildiyiniz zaman reklam banerində "Əgər 18+ yaşınız varsa kliklə" mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər "İcazə ver" düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq.
www.yetill.com istifadəçinin internet brauzerindən IP ünvanı, veb brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.
Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.
Probelmin həll olunması üçün:
- “Windows” İdarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbərəniz olmadan) proqramları kompüterinizdən təmizləyin.
- “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən www.yetill.com-dan olan uzantıları (extension) silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur.
Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın ( scan edin) və viruslardan təmizləyin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
16 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






