Uber-ə qarşı qadağa qüvvəyə mindi
Şəxsi avtomobil sahiblərinin mobil proqram vasitəsilə taksi xidməti göstərmələrinə imkan təmin edən Uber və digər şirkətlərin avtomobillərinə Nyu-Yorkda yeni lisenziya verilməsini əngəlləyəcək qərar təsdiqlənərək qüvvəyə minib.
"Marja" xəbər verir ki, Nyu-York bələdiyyəsinin sədri Bill de Blasio qərarı imzalayıb. Qərara görə, UBER və digər şirkətlərin yeni avtomobillərinə və sürücülərinə bir il ərzində yeni lisenziya verilməyəcək. Qanun imzalandığı gündən qüvvəyə minib.
Bill de Blasio etdiyi yazılı açıqlamada, "Bu qərar dəqiq bir mesaj göndərir. Çox işləyən Nyu York xalqını şirkətlərdən üstün tuturuq. Nyu-Yorklulara faydası olacaq bu addımı ataraq, həm də küçələrimizə yeni avtomobil axınını dayandırırıq",- ifadələrini istifadə edib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Beləliklə, Nyu-York, ABŞ-da UBER və digər şirkətlərə qarşı məhdudiyyəti tətbiq edən ilk şəhər olub
Qərar layihəsinin Bill de Blasio tərəfindən imzalanmasından əvvəl, UBER və digər şirkətlərin sürücüsü olmaq istəyən yüzlərlə adam lisenziya almaq üçün Nyu-York Bələdiyyəsində növbəyə dayanıblar.
Nyu-York Şəhər Şurası tərəfindən keçən həftə qəbul edilən layihənin qanuniləşməsi şəhərdə tıxac probleminin azaldılması və sarı taksi sürücülərinə dəstək verilməsi məqsədlərini güdür.
Şəhərdə təxminən 14 min sarı taksi olduğu halda, UBER kimi şirkətlərin 80 mindən çox avtomobili fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























