Dövlət Nəsimi rayonundakı obyektini özəlləşdirəcək - İLKİN QİYMƏTİ
Əmlak Məsələləri Dövlət Komitəsinin şəffaflığı təmin edərək reallaşdırdığı növbəti hərraclardan biri də sentyabrın 11-i keçiriləcək.
Belə ki, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.
Hərraca Bərdə, Oğuz, Salyan, Şəki kimi rayonlarda yerləşən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri çıxarılıb. Onlara Lerik Kəndkimya, Kürdəmir Quşçuluq, Şəki Tikinti Quraşdırma kimi dövlət əmlakları aiddir.
Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektləri Bakı, Salyan, Astara, Lənkəran kimi şəhər və rayonlarda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14.8 kv.m ilə 3 min 763 kv.m aralığındadır. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklardan biri də Salyan rayonu, Peyk kəndində yerləşən Yardımçı kənd təsərrüfatıdır. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 66.7 kv.m-dir.
Qeyri-yaşayış sahələrinə gəldikdə isə onlardan 9-u Bakıda, digər 2-si Gəncə və Mingəçevirdə yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 18 kv.m ilə 446 kv.m intervalındadır. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən obyekt kiçik sahibkarlıq fəaliyyəti üçün uğurlu seçim ola bilər. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 35.5 kv.m, təyin olunan ilkin hərrac qiyməti isə 12 min 750 manatdır.
Budəfəki hərraca Mercedes, BMW, Vaz və Fiat markalı nəqliyyat vasitələri də çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1996-2007-ci illəri əhatə edir.
Vətəndaşlar hərracda özəlləşdirməyə çıxarılan dövlət əmlaklarına sifariş vermək üçün Özəlləşdirmə portalında mövcud siyahıdan əmlakı seçərək ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçiyə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını eləcə də prosesi izləmək istəyən hər kəsi hərraclarda iştiraka dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 52 d. sonra
-
- 14 d. əvvəl
- 27 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında





















