Bank filialına müdir axtarışındadır
"AFB Bank" vakansiya elan edib.
Vəzifə: Filial müdiri
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali İqtisadi təhsilinin olması;
-Ən azı 5 (beş) il bank təcrübəsinin olması;
-Ən azı 2 il rəhbərlik təcrübəsi;
-İnzibatçı vəzifəsinə namizəd kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) xüsusi komissiyasından attestasiyadan keçmiş olmalı və yaxud buna hazırlıqlı olmalı;
-Vətəndaş qüsursuzluğuna malik olmalı;
-Biznesi inkişaf etdirmə bacarığı;
-Müştəri bazasını idarəetmə bacarığı;
-Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
-Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
-Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
-MS Office-dən istifadə bacarığı.
İŞİN TƏSVİRİ:
-Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin məhsuldar şəkildə istiqamətləndirmək;
-Filialın müştəri bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək, banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək;
-Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
-Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
-Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
-Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət hesabatlarını incələyərək lazımı tədbirlər görmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filial müdiri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?

















.jpg)





