ABŞ-dan "1 dollar 7 TL olacaq" xəbərinə münasibət
ABŞ-dan Türkiyə açıqlaması: Gərginliyə baxmayaraq, möhkəm dostuq
Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfirliyi, bir amerikalı rəsminin 1 dolların 7 TL olacağı ehtimalını səsləndirdiyi barədə xəbərləri təkzib edərək, "Mövcud gərginliklərə baxmayaraq, ABŞ, Türkiyənin möhkəm dostu və müttəfiqi olmağı davam etdirir",- deyib.
Səfirlik "Twitter"dəki hesabından verdiyi açıqlamada, Türkiyə və ABŞ-ın dostluğu və müttəfiqliyinin davam etdiyini vurğulayıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Marja" xəbər verir ki, səfirliyin açıqlamasında bu ifadələr yer alıb:
"Mövcud gərginliklərə baxmayaraq, ABŞ, Türkiyənin möhkəm dostu və müttəfiqi olmağı davam etdirir. Ölkələrimiz, canlı bir iqtisadi əlaqəyə malikdir. Bu səbəbdən, bir Amerikalı rəsminin, Amerika dollarının 7 TL olacağı proqnozunu verdiyi tamamilə əsassızdır. Belə məsuliyyətsiz xəbərlərin Türkiyə mediasında yer alması çox pis və narahatedicidir. Bu, uydurulmuş və əsassız yalandır".
Xatırladaq ki, Türkiyə ilə ABŞ arasında keşiş Brunson gərginliyi yaşanır. Diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyədən bir heyət ABŞ-a gedərək görüşlər keçirəcəklər. ABŞ-a gedəcək nümayəndə heyəti məlum olub. Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərliyi altında nümayəndə heyətinin ABŞ-a gedəcəyi bildirilir. Heyətdə Ədliyyə, Enerji və Xarici İşlər nazirliklərindən 9 nəfər yer alacaq.
ABŞ-ın Türkiyənin 2 nazirinə sanksiya tətbiq etmişdir. Türkiyədə ABŞ-ın 2 nazirinə müvafiq sanksiyanı tətbiq edəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























