Tək şəxsiyyət vəsiqəsilə ipoteka krediti bərpa edilib
Azərbaycanın tikinti şirkətləri özəl banklar ilə əməkdaşlıq çərçivəsində mənzillərin uzunmüddəli ipoteka krediti ilə satışına başlayıblar. Dövlət ipotekasından fərqli olaraq özəl banklar vasitəsilə ipoteka krediti tək şəxsiyyət vəsiqəsilə ayırılır.
“Marja” xəbər verir ki, uzunmüddətli ipoteka təklif edən banklardan biri “Turanbank”dır. Məsələn, Bakıda Nəsimi rayonu, Əbdülvahab Salamzadə küç. 112A ünvanında (Tiblisi prospekti; Nəqliyyat Departamentindən sağa; Nurgün Motors və Bolmart marketin yanı) tikilən “Prestij Park” yaşayış kompleksində mənzillər 15 illik ipoteka ilə də təklif olunur. İlkin ödəniş 30%, kreditin illik faiz dərəcəsi isə 12% təşkil edir. Sənədləşmə üçün tək şəxsiyyət vəsiqəsi tələb olunur. Alınan mənzil ipoteka krediti bağlana qədər bankda girovda qalır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Prestij Park” yaşayış kompleksində mənzilin 1 kvadrat metrinin nağd qiyməti 1099 manatdan başlayır. Mənzilin yerləşməsindən asılı olaraq qiymətlər 1250 manatadək dəyişir. Mənzil 15 illik ipoteka ilə alınan zaman qiymətlər 50 manat yüksək olur. Məsələn, 1 kvadrat metrinin nağd qiyməti 1250 manat olan mənzil 15 illik ipoteka ilə alınan zaman 1300 manatdan hesablanır.
Mənzillər ağ suvaqlı halda təhvil verilir. Kompleksin 2019-cu ilin Fevral ayında sakinlərə təmirə, 2020-ci ilin Aprel ayında isə Çıxarış və qaz ilə tam təmin olunub təhvil verilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 51 d. sonra
-
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
1 saat əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Mərkəzi Bank Rəqəmsal Valyuta Platforması tətbiq edəcək
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında






















