Bu gün Dollar/Manat məzənnəsi necə dəyişdi? - GÜNƏ BAXIŞ
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
-Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 9-na USD/AZN rəsmi məzənnəsini 1,8252 manat səviyyəsində açıqladı.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında 5,2% möhkəmləndi.
- Hərracdan sonra banklarda Dolların alış və satış məzənnələri aşağı düşdü. Bir çox banklar Dolları 1.60 manat səviyyəsindən almağa başladılar. Dolları 1.58 manata da alan bank var idi. Banklarda Dolların satış qiyməti isə 1.7350-1.75 manatadək düşdü.
-Axşam saat 17:05-də Mərkəzi Bank 10.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7301 səviyyəsində müəyyən olunduğunu açıqladı. Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmi səviyyə ilə müqayisədə rəsmi məzənnə 10%-ə yaxın geriləyib (Manat 10% bahalaşıb).
Gün ərzində məlum oldu ki, valyuta hərracına çıxarılan 35 milyon ABŞ dolları tam həcmdə satılmayıb.Bank dairələrindən əldə edilən məlumata əsasən, hərracda təxminən 6,5 milyon dollara yaxın və ya satışa çıxarılan ümumi vəsaitin 19%-i satılıb. Qeyd edək ki, fevralın 7-dəki hərracda banklara təxminən 12 milyon dollar (34%), daha əvvəlki, yəni fevralın 2-də keçirilən hərracda isə 24 milyon dollar (69%) satılmışdı.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmır. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







