ABŞ-dan Rusiya bankına sanksiya
ABŞ-ın Xəzinə Nazirliyi, sanksiya siyahısında olan Şimali Koreyanın "Foreign Trade Bankı"nın Moskva nümayəndəsi Xan Jang Suya xidmət göstərdiyinə görə Rusiya bankı "Agrosoyuz Commercial Bank"a sanksiya tətbiq edib.
ABŞ Xəzinə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisindən (OFAC) verilən məlumata görə, Rusiya bankı "Agrosoyuz Commercial Bank" Şimali Koreya ilə bağlı sanksiya siyahısına əlavə olunub.
Adıçəkilən bankın, Şimali Koreyanın "Foreign Trade Bank"ının (FTB) Moskva nümayəndəsi Xan Jang Su adına böyük əməliyyatlar apardığı iddia edilən açıqlamada, FTB və Jang Suyunun Şimali Koreyanın kütləvi qırğın silahlarına dəstək verdiyi və bu səbəbdən də 2006-ci ildən bu yana həm ABŞ-ın, həm də Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasının sanksiya siyahılarında yer aldığı vurğulanıb.
Açıqlamada, "Agrosoyuz Commercial Bank"ın, FTB-nin Moskva Nümayəndəsinin müavini Ri Jong Won-ın adına da müxtəlif hesablar açdığı da qeyd edilib və, Ri Jong Won-un da adı sanksiya siyahısına əlavə olunduğu bildirilib.
Rusiya bankının bu günə qədər Şimali Koreya bankları üçün apardığı əməliyyatların milyonlarla dollara çatdığı qeyd edilən açıqlamada, buna misal olaraq 2013-cü ildə Koreya Birləşmiş İnkişaf Bankı adından edilən 5,5 milyon dollarlıq transfer göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























