“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
“Nar TV” xidmətinə qoşulan yeni abunəçilər indi TV tüner cihazını pulsuz əldə edəcəklər. Yalnız bir TV tüner kifayət edir ki, abunəçilər yüksək keyfiyyətli rəqəmsal TV xidmətindən yararlana bilsin. Xidmətə qoşulmaqla abunəçilər usta axtarışı, anlaşılmaz menyu və vaxt itkisi kimi çətinliklərdən azad olur.
Qeyd edək ki, pulsuz TV tüner cihazını əldə etmək üçün heç bir əlavə şərt yoxdur. Sadəcə, xidmətə qoşulmaq kifayətdir. “Nar TV” xidməti istifadəçilərə 60-dan çox kanalı yüksək keyfiyyətdə izlmək imkanı verir. Kanallar idman, kino, xəbər və əyləncə kimi geniş mövzuları əhatə edir və Azərbaycan, ingilis, türk və rus dillərində yayımlanır.
Kampaniya sentyabr ayının sonunadək davam edəcək. “Nar TV” xidmətinin aylıq abunə haqqı cəmi 10 AZN-dir. “Nar TV” xidməti Naxçıvan şəhərində fəaliyyət göstərir. Ətraflı məlumat üçün 012 444 0 744 nömrəsinə zəng edə və ya nar.az saytına daxil ola bilərsiniz. Nar.az saytına daxil olaraq xidmətə daxil olan kanalların tam siyahısını əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 35 d. əvvəl
-
- 50 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
1 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
1 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
2 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
























