Unibank ATM şəbəkəsini tamamilə yeniləyir - ÜÇÜ BİRİNDƏ BANKOMATLAR
Unibank müştərilərinin yüksək keyfiyyətli və sürətli bank xidmətləri ilə təminatı istıqamətində daha bir addım atıb. Bank bu dəfə ATM şəbəkəsini tamamilə yeniləyir. Yeni bankomatların əvvəlkilərdən üstünlüyü nədir və istifadəçilər üçün əlavə hansı imkanları yaradır? Unibankın Rəqəmsal Bankçılıq Departamentinin direktor əvəzi Zaur Əliyev yeni çoxfunksiyalı bankomatlar haqqında sualları cavablandırıb.
- Köhnə bankomatları dəyişməyə niyə ehtiyac duyuldu? Yeni bankomatların əsas üstünlükləri nədir?
-Unibank olaraq müştərilərə xidmətin keyfiyyətində, məhsullarımızın çeşidində, xüsusilə rəqəmsal bankçılıqda daim yeniliklər etməyə çalışırıq. Bankın strategiyasında çox önəmli bəndlərdən biri də ölkənin ən innovativ bankı olmaq və müştərilərimizə daha geniş innovativ xidmətlər təklif etməkdir. Müasir dövrün tələblərini daha yaxşı qarşılamaq üçün də yalnız cash-out imkanı verən əvvəlki bankomatların, yeni, üçü birində bankomatlarla əvəz edilməsi qərara alındı. Bu qurğuların interfeys rahatlığından tutmuş, cash in, cash out və valyuta mübadiləsi funksiyalarınadək bir çox üstünlükləri var. Bu funksiyaların bir aparatda birləşdirilməsi isə müştərinin rahatlığını artırmaqla yanaşı, onu banka gəlmək, növbə gözləmək, daha çox vaxt itirmək, ayrı-ayrılıqda bankomat və cash in axtarmaq kimi qayğılardan azad edir. Yəni bütün bu əməliyyatlar üçün lazım olan funksiyalar indi bir aparatda- yeni bankomatlarımızda birləşdirilib.
-Bəzən yeniliklərə öyrəşmək bir qədər çətin olur. Bankın müştəriləri bu çoxfunksiyalı ATM-lərdən asanlıqla istifadə edə bilirlərmi?
-Bəli, müştərilərimizin yeni bankomatların həm funksional imkanlarından, həm də rahat istifadədən razı qalıdıqlarını müşahidə edirik. Bu qədər çox funksiyanı özündə birləşdirməsinə baxmayaraq, istifadəçi üçün sadə və rahatdır. Eyni zamanda yeni interfeys, ekranın touch screen olması və xüsusi qoruyucu örtüklə təchiz edilməsi, həm rahatlıq, həm də əlavə təhlükəsizliyi təmin edir. Belə ki, bu bankomatlarda ekranı, yalnız ekranla 90 dərəcə üzbəüz duran şəxs görə bilir. Yəni siz hər hansı bir əməliyyat icra edərkən kənardakı şəxslər (məsələn, növbədə gözləyənlər) heç bir məlumatınızı görə bilməz. Bu isə əlavə təhlükəsizlik vasitəsidir və müştərinin rahatlığını bir qədər də artırır.
Bundan başqa, burada mədaxil etmək daha rahatdır, çünki cash-in qurğusundan fərqli olaraq əskinasları aparata bir-bir salmağa artıq ehtiyac yoxdur. Yeni bankomat birdəfəyə 300 ədəd əskinas mədaxil etmək, 210 ədəd əskinası isə məxaric etmək funksiyasına malikdir.
- Yeni bankomatların valyuta mübadiləsi funksiyası da müştərilər üçün çox vacib, ehtiyac duyulan bir xidmətdir. Bu xidmət yeni ATM-lərdə nə vaxtdan aktivləşdiriləcək?
- Nəzərə alsaq ki, hazırda valyuta mübadilə məntəqələri fəaliyyət göstərmir, bankların iş saatı bitdikdə əhali üçün valyuta ehtiyaclarını ödəmək çətinləşir, bu məqamda yeni ATM-lərin valyuta mübadiləsi funksiyasına malik olması, müştərilərin bu sahədəki tələbatını ödəmək üçün çox yerinə düşür. Hazırda bu funksiyanın yaxın vaxtlarda müştərilərin istifadəsinə verilməsi nəzərdə tutulur. Proses başa çatdıqdan sonra, müştərilər yeni ATM-lərimizin komissiyasız valyuta mübadiləsi xidmətindən 24/7 istifadə edə biləcəklər. İlk mərhələdə dollar və manat arasında qarşılıqlı valyuta mübadiləsi mümkün olacaq. Gələcəkdə isə avro ilə əməliyyatların mümkünlüyü də planlaşdırılır. Valyuta mübadiləsi xidməti aktivləşdirildikdən sonra, xarici valyuta ilə siz sadəcə mübadilə əməliyyatları deyil, həm də kartınıza mədaxil də edə biləcəksiniz. Məsələn, USD hesabınıza bağlı olan karta mədaxil həm dollar, həm manatla mümkün olacaq.
-Hazırda yeni bankomatlar neçə yerdə quraşdırılıb? Bu xidmətlə bağlı planlar necədir?
-Bu ilin sonuna qədər Unibankın 72 bankomatdan ibarət ATM şəbəkəsinin tamamilə yenilənməsi və bankomatların sayının nəzərəçarpacaq qədər artırılması planlaşdırılır. Hazırda isə müştərilər 14 məkanda yeni bankomatların rahatlığını özləri sınaya bilərlər: “Neftçilər”, “Əcəmi”, “Nərimanov”, “İnşaatçılar”, “Bakıxanov”, ”Sahil”, “Mərdəkan”, “Beşmərtəbə”, “Dərnəgül”, “Əhmədli” filiallarında, “Unibank Biznes Mərkəzində”, Babək prospektindəki “Bravo” marketdə, 28 Mall-da və Uniplaza-da, yəni Baş ofisimizdə.
-Yeni bankomatların gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulurmu?
- Bəli, gələcəkdə bu ATM-lər vasitəsi ilə pul köçürmə xidmətindən daha geniş formada faydalanmaq olacaq. Hazırda “Unitransfer” pulköçürmə sistemi ilə ölkədaxili pul göndərmək üçün yalnız cash in aparatlarından istifadə olunur. Gələcəkdə isə vəsait göndərmək yeni ATM-lərimizdə də mümkün olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
7 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
27 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
30 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
3 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı









.jpg)











