ARDNF dövlət büdcəsinə 84,5 milyard manat transfert edib
2003-cü ildən bu ilin iyulun 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği məlum olub.
ARDNF-nin saytında bildirilir ki, bu ilin I rübündə 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 mlrd. 299 mln. manat, II rübdə isə 4 mlrd. 608 mln. manat dövlət büdcəsinə transfert edilib.
Bununla da 2003-cü ildən bu ilin iyulun 1-nə qədər ARDNF tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği 84 mlrd. 524 mln. manat təşkil edib.
Qeyd edək ki, ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb. Həmin ildə Fond dövlət büdcəsinə 100 mln. manat transfert edib. 2004-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 30%, 2005-ci ildə 15,38%, 2006-cı ildə 3,9 dəfə artıb. 2007-ci ildə 2006-cı ildə olduğu kimi dövlət büdcəsinə 585 mln. manat transfert edilib. 2007-ci il ilə müqayisədə 2008-ci ildə dövlət büdcəsinə transfertlər 6,5 dəfə, 2009-cu 29,34%, 2010-cu ildə 20,34%, 2011-ci ildə 52,16%, 2012-ci ildə 10,06%, 2013-cü ildə 14,59% artıb.
2014-cü ildən etibarən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi azalmağa başlayıb. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə Fonddan dövlət büdcəsinə transfertlər 17,74%, 2015-ci ildə 12,93%, 2016-cı ildə 6,33%, 2017-ci ildə isə 19,89% azalıb.
Ümumiyyətlə, ARNDF-dən dövlət büdcəsinə ən yüksək transfert 2013-cü ildə qeydə alınıb. Həmin ildə Fonddan dövlət büdcəsinə 11 mlrd. 350 mln. manat transfert edilib.
Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondunun əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilib.
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 51 d. əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)






.jpg)











.jpg)

