"Bank Melli İran" Bakı filialı son maliyyə vəziyyətini açıqladı
"Bank Melli İran" Bakı filialı 2018-ci ilin birinci yarısını 1 milyon 383 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar – iyun dövründə filialın faiz gəlirləri 1 milyon 480 min manat, faiz xərcləri isə 52 min 226 manat təşkil edib.
Həmçinin filial 162 min 353 manat haqq və komissiya gəlirləri əldə edib. Bundan başqa ehtiyatlardan 331 min 981 manat azad olub.
"Bank Melli İran" Bakı filialı 2017-ci ilin birinci yarısını 750 min 502 manat xalis mənfəətlə bağlamışdı. Həmin dövrdə filialın faiz gəlirləri 1 milyon 465 min manat, haqq və komissiya gəlirləri 97 min 290 manat təşkil etmişdi.
Filial 2018-ci ilin 1-ci yarısını xalis mənfəətlə başa vurduğundan yığılmış zərər 22 milyon 614 min manatdan 21 milyon 228 min manata düşüb.
"Bank Melli İran" Bakı filialının müştərilərə verdiyi kreditlər cüzi azalıb. 2017-ci ilin sonunda 3 milyon 355 min manat təşkil etmiş kredit portfeli 30 İyun 2018-ci il tarixinədək 3 milyon 307 min manata geriləyib. Filialın qiymətli kağızlara investisiyaları isə 18 milyon 204 min manatdan 21 milyon 301 min manata yüksəlib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)




.jpg)











.jpg)

