"AccessBank" və UNEC növbəti birgə layihəsinə yekun vurub
"UNEC Business Conversation Club" layihəsinə yekun vurulub.
"AccessBank"ın təşkilati dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin tələbələrinə 8 həftə ərzində IELTS mütəxəssislərinin təqdimatı ilə ingilis dilinin biznes istiqaməti tədris olunub. Həmçinin, bu müddət ərzində "AccessBank"ın mütəxəssisləri də "UNEC Business Conversation Club"un qonağı olub, tələbələr üçün təqdimat keçirib.
Tədbiri giriş sözü ilə açan "Maliyyə və mühasibat" fakültəsinin dekanı Gəray Musayev bildirib ki, UNEC və "AccessBank" arasında əməkdaşlıq və reallaşdırılan birgə layihələr öz bəhrəsini verir: "Məni sevindirir ki, tələbələr "UNEC Business Conversation Club" layihəsindən yeni biliklər əldə etdi. Bundan başqa, UNEC rəhbərliyi üçün önəmli məsələlərdən biri də odur ki, tələbələr yalnız məzun olmasın, həm də özlərinə uğurlu karyera qura bilsinlər. Maraqlıdır ki, bəzi tələbələrimiz artıq "AccessBank"ın diqqətini cəlb edə bilib. Layihənin effektivliyini və faydasını görəndən sonra "UNEC Business Conversation Club"un davamlı olmasını xahiş etmək istərdim".
"AccessBank"ın İdarə Heyəti sədrinin müavini/Baş maliyyə inzibatçısı Albrext Sabelus qeyd edib ki, ingilis dilinin biznes istiqamətinin öyrənilməsi tələbələr üçün olduqca vacibdir: "Mən şadam ki, "AccessBank" belə bir vacib layihəyə dəstək verir. Bilirsiniz ki, "AccessBank"ın komandasında kifayət qədər UNEC məzunu var. "UNEC Business Conversation Club"un iştirakçısı olanların bəziləri də gələcəkdə bizim komandamıza qoşula bilər. Bu baxımdan zamanın tələbi olan ingilis dilinə və onun biznes istiqamətinə yiyələnmək şərtdir. Çox məmnunam ki, tələbələr bu layihədən maksimum faydalandı və yeni biliklər əldə etdi".
UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev də öz növbəsində "AccessBank"la təmsil etdiyi ali təhsil ocağının birgə reallaşdırdığı layihəni yüksək qiymətləndirib: "Mən də dəfələrlə təşkil olunan seminarlarda iştirak etmək fürsəti əldə etmişəm və əminliklə deyə bilərəm ki, bu layihə nəticəsində əldə olunan biliklər tələbələr üçün gələcəkdə də faydalı olacaq".
"AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru Günay Cəlilova bildirib ki, bankla UNEC arasında mövcud olan əməkdaşlıq bu il daha da inkişaf edib: "İlin əvvəlindən bankımızın dəstəyi ilə UNEC-də bir neçə tədbir keçirilib və sevindiricidir ki, onların hamısı uğurlu olub. Layihə iştirakçılarının rəyləri onu deməyə əsas verir ki, "UNEC Business Conversation Club" da olduqca uğurlu oldu. Layihə çərçivəsində tələbələr üçün banka 2 günlük ekskursiya təşkil olunub və bankda iş prinsipi ilə tanışlıq zamanı bizə yay təcrübəsinin təşkil olunması ilə bağlı müraciətlər daxil olub. Biz bu müraciətlərə müsbət cavab verdik və hər birinizi bankda görməkdən olduqca məmnun olarıq. Bundan başqa, biz də düşünürük ki, "UNEC Business Conversation Club" davamlı olmalıdır və bunun üçün dəstək göstərməyə hazırıq".
Çıxışılardan sonra bəzi tələbələr də layihə barədə öz təəssüratlarını bölüşüb.
Yekunda seminarı müvəffəqiyyətlə bitirən tələbələr sertifikatla, ən fəal iştirakçılar isə bank tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























