Nazir "Aztelekom"un özəlləşdirilməsinin ləngiməsinin səbəbini açıqladı
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə müsahibə verib. Nazir son vaxtlar rəhbərlik etdiyi sahələrdə baş verən yeniliklər və gələcək planlar haqqında danışıb:
- Ramin müəllim, ilk öncə telefon və internet xidmətlərinin tarifləri ilə bağlı soruşum. Qarşıdakı aylarda bu xidmətlərin qiymətində hər hansı dəyişiklik ola bilərmi?
- Bildiyiniz kimi, ölkədə 50-dək internet provayder fəaliyyət göstərir. Onlar təqdim etdikləri xidmətlərin qiymətini sərbəst müəyyən edirlər. Rabitə xidmətlərinin qiymətlərinə gəlincə isə, bu qiymətlər Tarif Şurası tərəfindən müəyyən edilir. Qiymətlərin dəyişdirilməsi ilə bağlı Şuraya müraciət edilməyib.
- Bir neçə ildir ki, Bakıdakı parklarda internetə pulsuz giriş imkanı yaradılıb. Bu yeniliyin məqsədi nədir və onun əhatə dairəsi genişləndirilə bilərmi?
- Azərbaycan əhalisinin 80%-i internet istifadəçisidir, buna baxmayaraq internetdən faydalı istifadə edilməsi üçün tərəfimizdən əlavə tədbirlər görülür. Bu göstəricinin daha da yüksəlməsinə çalışırıq. Bu məqsədlə bir sıra layihələr həyata keçiririk, ən son texnologiyaları Azərbaycana gətiririk. Məqsədimiz odur ki, ölkə vətəndaşlarının internet xidmətləri ilə təchizatı daha keyfiyyətli olsun. Hazırda Bakıda LTE kimi texnologiyaların tətbiqi, regionlarda isə genişzolaqlı şəbəkənin inkişafı istiqamətində layihələr reallaşdırılır. Bundan başqa, paytaxtda 18 ərazidə “İctimai İnternet” layihəsi çərçivəsndə “Pulsuz Wi-Fi” şəbəkəsi aktiv edilib. Bu sosial layihədir və həm şəhər sakinlərinin, həm də ölkəmizə son zamanlar çoxlu sayda gələn turistlərin istifadəsi üçün nəzərdə tutulub. “Pulsuz Wi-Fi” olan ərazilər əsasən vətəndaşların daha çox üz tutduğu Dənizkənarı Milli Park, İçərişəhər, Heydər Əliyev Mərkəzinin parkı və digər böyük parklarımızdır.
- Bəzən internet istifadəçiləri şəbəkənin sürətinin və keyfiyyətinin aşağı olmasından şikayətlənirlər. Konkret olaraq sizə belə şikayətlər daxil olurmu?
- Əlbəttə, daxil olur. Amma onu da qeyd edim ki, bəzi vətəndaşlarımız mənzildaxili problemlərə görə nazirliyə, yəni dövlət qurumuna irad bildirir. Nəzərə almaq lazımdır ki, Nazirlik iri infrastruktur layihələrinə, qanunvericiliyin təkmilləşdirilməsinə, tənzimlənməyə və s. cavabdehdir.
İnternetin sürətinin və keyfiyyətinin artırılması istiqamətində də, təbii ki, fasiləsiz olaraq işlər aparılır. Məqsəd genişzolaqlı şəbəkənin əhatə dairəsinin genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsidir. Ölkəmizdə istifadəçilərə 50-dək internet provayder tərəfindən birbaşa xidmət göstərilir və həmin xifmətin keyfiyyətinə onlar cavabdehdir. Bu xidmətlərin müasir standartlara uyğunlaşdırılması istiqamətində nazirlik nəzarət tədbirlərini gücləndirməkdədir.
- Hazırda Azərbaycanı internetlə 2 operator təchiz edir. 3-cü “backbone”un bazara daxil olması gözlənilirmi?
- Hələ ki belə bir təklif yoxdur. Əlbəttə, bu, biznes layihəsidir və hansısa şirkət interneti Azərbaycana gətirmək üçün hazır olduğunu bildirsə, nazirlik bu təklifə açıqdır və heç bir problem yoxdur. Qanunvericilik, tənzimləmə baxımından bütün şərait mövcuddur.
Bilirsiniz ki, bu gün ölkənin beynəlxalq internet tutumu istifadəçilərin tələbatını artıq həcmdə təmin edir. Ancaq ölkənin informasiya axını məkanına çevrilmə planından irəli gələrək daha böyük həcmlərə ehtiyac yaranması mümkündür.
- Bəs Azərbaycanın mobil rabitə bazarına 4-cü mobil operator daxil ola bilərmi?
- Hələ ki bu məsələ ilə də bağlı nazirliyə heç bir müraciət daxil olmayıb.
- Azərbaycanda dövlətə məxsus rabitə müəssisələrinin, o cümlədən "Aztelekom" MMC-nin özəlləşdirilməsi neçə illərdir ki, ləngiyir. Səbəb nədir?
- Məsələni ləngimə kimi qiymətləndirmək düzgün deyil. Onu deyə bilərəm ki, bu məsələ dövlətin iqtisadi maraq və mənafeyinə uyğun dəyərləndirilir və buna uyğun müvafiq addımlar atılır.
- Sonuncu sualım, rəhbərlik etdiyiniz qurumun səlahiyyətində olan nəqliyyat sistemində hansı yeniliklər gözlənilir?
- Nəqliyyat sektorunda tənzimləmənin həyata keçirilməsi üzrə islahatlar davam etdiriləcək. Müəyyən təhlillər aparılıb, təkliflər hazırlanıb. Ölkənin nəqliyyat tranziti mərkəzinə çevrilməsi üçün dövlətin apardığı bütün layihələrə dəstək verilir, beynəlxalq əlaqələr genişləndirilir və bu sahənin potensialının artırılmasına baxılır. Həmçinin zamanın tələbinə uyğun olaraq informasiya- kommunikasiya texnologiyalarının nəqliyyat sistemində geniş istifadəsini reallaşdırmaq fikrindəyik. Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Beləliklə, nəqliyyat sektorunun fiziki infrastrukturu ilə yanaşı, İT-əsaslı infrastrukturu da inkişaf etdiriləcək. Nəticədə ölkədə nəqliyyat xidmətindən istifadə daha da asanlaşacaq, sərnişinlərin, yük daşıyıcılarının məmnunluğu yüksələcək.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























