"Xəstəliyi təhlükəlidir, şükür ki, tez bir zamanda müalicəsi uğurlu alındı"
Türkiyədəki “American Hastanesi”nə yerləşdirilən eks-vergilər nazir Fazil Məmmədovun səhhəti normaldır.
Bu barədə sabiq nazirin yaxınları məlumat veriblər.
Xəbər verdiyimiz kimi, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb.
Eks-nazirin Türkiyəyə aparılmazdan əvvəl niyə Bakıda yox, Gəncə Beynəlxalq Hospitalında müalicə alıb. Xəstəxana personalından verilən məlumata görə, klinika F.Məmmədova məxsusdur. Ona görə də səhhətilə bağlı mütəmadi olaraq orada müalicə alıb.
Eyni zamanda, xəstəxanadan F.Məmmədovun pankreatit xəstəliyindən əziyyət çəkdiyi bildirilib:
“Onun qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yalandır. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandı. Amma onun vəziyyəti ağır deyildi. Sadəcə pankreatit təhlükəli xəstəlikdir. Şükür ki, tez bir zamanda müalicəsi uğurlu alındı. Tam yaxşı vəziyyətdə Türkiyəyə yola salındı, hazırda Türkiyədəki “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır”.
Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dünən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer, Fazil Məmmədovun hazırda Amerikada olduğunu və orada müalicə aldığını bildirmişdi.
“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
25 d. əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 29 d. əvvəl
-
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
3 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
3 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























