“Yapi Kredi Azərbaycan”ın Müşahidə Şurasının üzvü təyin edilib
“YapiKredi Azərbaycan” QSC-nin Müşahidə Şurasının (MŞ) üzvlərindən biri bankı tərk edib, yerinə isə yenisi gəlib.
Məlumata görə, bankı tərk edən Feza Tan-dır. Onu isə Erhan Adalı əvəz edib. Məlumat üçün bildirək ki, hazırda MŞ üzvlərinin sayı 5-dir. Bu, il ərzində 3-cü belə düyişiklikdir. Belə ki, bu il ərzində Serkan Ülgen və Gökhan Erün də adları yeni şəxs kimi qurumun MŞ siyahısına daxil edilib.
Qeyd edək ki, E. Adalı 1988-cı ildə İstanbul Universitetinin Siyasi Elmlər fakultəsi üzrə bakalavr təhsilini almışdır. 1989-1994 -ci illərdə Garanti Bankasında Daxili audit departamentinin auditoru, 1994-1995 -ci illərdə Garanti Bankasında Marketinq departamentinin müdir müavini, 1995-1997-ci illərdə Garanti Bankasında Fındıklı Filialının müdiri, 1997-2002-ci illərdə Garanti Bankasında Korporativ departamentinin müdiri, 2002-2004-cü illərdə Garanti Bankasında Kommersiya Bankçılıq Marketingi bölgə müdiri, 2004-2005-ci illərdə Garanti Bankasında SME Bankçılıq Marketinqi departament koordinatoru vezifələrində çalışmışdır. 2005-2012 -cı illərdə Garanti Emeklilik və Hayat-da Baş Direktor, 2012-12.2017-ci illərdə Garanti Bankasında Kredit üzrə baş direktor müavini, 2015-2017-ci illərdə Garanti Leasing-Garanti Mortgage Müşahidə Şürasının üzvü vəzifəsində çalışmışdır. 2018-ci ilin yanvar ayından etibarən isə Yapı Kredi Bankası Korporativ və Kommersiya bankçılıq üzrə Baş Direktor müavini, Yapı Kredi A.Ş./Türkiyə İdarə Heyətinin üzvü olaraq karyerasını davam etdirməkdədir.
© Banker
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















