Litrini 51 qəpikdən satırlar - pilot layihə bəhrəsini verir
Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən həyata keçirilən “Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot layihəsi öz bəhrəsini verir. Layihəyə əsasən, Ağcabədidə 25, Bərdədə 26, İmişlidə isə 18 ailə-kəndli təsərrüfatına lizinq yolu ilə 516 baş cins heyvan verilib.
Ağcabədinin Təzəkənd kəndində 25 ailə-fermer təsərrüfatı yaradılıb
Ağcabədi rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq sektorunun müdiri Etibar Mamedov bildirib ki, rayonun Təzəkənd kəndində bu layihədən 25 ailə-fermer təsərrüfatı bəhrələnir. Təsərrüfatlara hər birinə 5-10 baş olmaqla, Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvan verilib. Heyvanların saxlanılması üçün təsərrüfatlarda müasir tipli tövlələr tikilib, yem bazasının formalaşdırılması təmin olunub. Heyvanlardan əldə olunan ət və südün məhsuldarlığının yüksək olması üçün müvafiq qida rasionu tərtib edilib, qarğıdalıdan silos hazırlanması məqsədilə tədbirlər həyata keçirilib. Ailə-fermer təsərrüfatları müasir metodlarla qarğıdalı silosu hazırlanması vərdişlərinə yiyələnib. Fermerlər portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin ediliblər. Ötən dövrdə təsərrüfatdakı heyvanlardan 160 baş bala alınıb. Fermerlər təsərrüfatdan əldə etdikləri südü gündəlik olaraq kənddə yaradılmış süd qəbulu məntəqəsinə verirlər.
Fermer: Hər gün süd qəbulu məntəqəsinə 200 litrə yaxın süd satırıq
Fermer təsərrüfatlardan birinin rəhbəri Elgün Qasımov bildirib ki, layihəyə əsasən lizinq yolu ilə 10 baş cins heyvan alıb. Bu heyvanların gündəlik süd məhsuldarlığı yerli cinslərdən 2-3 dəfə artıqdır: “Əvvəllər də təsərrüfatımda mal-qara saxlayırdım. Bir inək gündə orta hesabla 8-10 litr süd verirdi. İndi isə hər inəkdən gündə 18-20 litr süd sağırıq. Hər gün süd qəbulu məntəqəsinə 200 litrə yaxın süd satırıq”.
E.Qasımov cins inəklərdən 9 baş sağlam bala alıb. Artıq heyvanlar ikinci dəfə bala verməyə başlayıblar. Növbəti ildə damazlıq düyələrin satışı da həyata keçiriləcək.
Ailə-fermer təsərrüfatları süd, pendir, qatıq, ayran, dovğa istehsal edəcəklər
Sahə baytarı Sənan Mamedov “Simmental” cins heyvanların yerli iqlimə çox yaxşı uyğunlaşdığını vurğulayaraq deyib: “Heyvanların vəziyyəti çox yaxşıdır. Süd verməsi və çəki artımı yüksəkdir. Bu heyvanlardan gələcəkdə gündə 30 litr süd sağılması gözlənilir. Təsərrüfatlarda epizootik vəziyyət sabitdir. Vaxtlı-vaxtında profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır”.
Təsərrüfatlardan süd qəbulu məntəqəsinə yay aylarında 35-40 ton, qış fəslində isə 20-22 ton süd verilir. Toplanan süd emalçılar tərəfindən bir litri 51 qəpik olmaqla satın alınır. Fermerlər gələcəkdə süd məhsullarını özləri emal etməyi, pendir, qatıq, ayran, dovğa istehsalını planlaşdırırlar.
Qeyd edək ki, müasir ailə-fermer təsərrüfatlarının yaradılması layihəsinin məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçikhəcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılmasıdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 d. əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

















.jpg)





