Elektriksiz bir daxmada böyüyən iş adamı
Texnologiya şirkətləri "Flickr" və "Slack"ın qurucusu Stewart Butterfield-ın həyatı
Dünyadakı liderlərin həyat yollarını təqdim edən BBC-nin həftəlik "The Boss" proqramına qonaq olan Butterfield, ABŞ-ın Vyetnam müharibəsində əsgərliyə getməmək üçün Kanadaya qaçan atası sayəsində həyatının ilk 5 ilini ucqar bir kənddə keçirmişdir.
"Marja" proqrama istinadən xəbər verir ki, Britaniya Kolumbiyasında (British Columbia) bir meşədəki taxta daxmada ailəsilə birlikdə yaşayan Butterfield, 3 il ərzində evlərində su və elektrik enerjisinin olmadığını deyir.
Ailəsi tərəfindən Dharma adı verilən Butterfield, "Anam və atam torpaqdan yaşamağa çalışdılar, ancaq bunun çətin bir iş olduğunu görüncə şəhərə qayıtdılar" deyir.
Ailənin Britaniya Kolumbiyasının paytaxtı Viktoriya şəhərinə məskunlaşdıqdan sonra Butterfiled 7 yaşında ilk dəfə kompüter görmüş və çox erkən yaşlarda proqramlaşdırmanı öyrənmişdir.
“ÇOX PUL XƏRCLƏMƏk GÜNAHDIR”
Foto paylaşma saytı "Flickr"ı və iş mesajlajma xidməti "Slack"i quran 46 yaşlı Stewart Butterfield-in bu gün şəxsi sərvəti 650 milyon dollardır.
Amma bəlkə də qeyri-adi uşaqlığı səbəbindən Butterfield sadə bir şəkildə yaşadığını deyir.
"Çox pul xərcləməyi günah hesab edirəm. Bir kanadalı kimi o dünya mənə qəribə gəlir" deyir.
Butterfield uğurunun çoxunu şansa bağlayır.
12 YAŞINDA ADINI DƏYİŞDİRMİŞDİR
7 yaşında o vaxt yeni nəsil kompüterlərə heyran olan Butterfield, "1980-ci ildə yeddi yaşım var idi. Ailəm mənə Apple II almışdı. Kodlaşdırmanı kompüter jurnallarından öyrəndim" deyir.
Butterfield 12 yaşında adını Dharma-dan Stewart-a dəyişdirmişdir.
Lisey illərində kompüterlərə marağını itirən Butterfield Viktoriya Universitetində fəlsəfə oxuduqdan sonra İngiltərədə Kembric Universitetində fəlsəfə magistratura təhsili almışdır.
1997-ci ildə fəlsəfə professoru olmağa çalışarkən internet "yüksəlişə keçmişdir".
3 AYA HAZIRLADIQLARI "FLİCKR"I 25 MİLYON DOLLARA SATIB
"Veb sayt hazırlayan insanlar San-Fransiskoya köçürdü. Dostlarımdan bəziləri professorlardan iki, ya da üç qat daha çox qazanırdı. Yeni və həyəcanvericidi".
Beləliklə Butterfield, elmi karyerasından imtina edərək "Silikon Vadisi"nə getməyə qərar verib.
Bir neçə il veb dizayner kimi çalışdıqdan sonra 2002-də o vaxtkı xanımı "Flickr"ın qurucularından Caterina Fake ilə birlikdə bir kompüter oyunu yaradıb.
"Heç bitməyən oyun" adlı oyun tutmadı və cütlük maliyyə çətinliyinə düşdü. Çarəsizcə B planı axtaran cütlük "Flickr" fikrini tapdı və foto paylaşma platformasını üç ayda tamamladılar.
"İlk kameralı telefonlar çıxmağa başlayırdı və bir çox evə internet bağlanırdı. Sonra hər şey sürətlə inkişaf etmişdir" deyir Butterfield.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
2004-cü ildə insanların foto yüklədikləri, bölüşdükləri və şərh etdikləri ilk saytlardan biri "Flickr" idi.
Bir il sonra "Flickr"ı internet nəhəngi "Yahoo"ya 25 milyon dollara satdılar. Butterfield bunun səhv bir qərar olduğunu, gözləsəydi çox daha böyük məbləğli bir müqavilə bağlayacağına inanır.
Buna qarşı "Slack" ilə çox daha böyük işlərə girdi.
Butterfield və tərəfdaşları 2009-cu ildə uğursuz olan başqa bir internet oyunu yaratdılar, ancaq bu "Slack"in əsasını təşkil etdi.
Bu gün "Slack"in gündəlik 8 milyon istifadəçisi var və bunun 3 milyonu əlavə funksiyalar üçün pul ödəyir. 70 mindən çoxu isə korporativ müştərilərdir. "Slack" iş yoldaşlarının qrup olaraq ünsiyyət yaratmalarına yarayır.
"Slack", IBM, "Samsung", "Century Fox", "Marks & Spenser" kimi şirkətlər tərəfindən istifadə edilir. "Slack"in bazar dəyəri bu gün 5.1 milyard dollardır.
"Bright Bee"də texnologiya analitiki Chris Green uğursuz bir layihədən uğurlu bir şey yaratmağın çox nadir olduğunu deyir.
Green, "Stewart-ın karyerasına baxanda sadəcə şans olmadığını görərsiniz. Arxa planda həmişə kəşf edir və xaosda nizam tapmağa çalışır. "Flickr" və "Slack" özünəməxsus bir yolla hazırlanıb" deyir.
"Slack", rəqiblərindən biri "Microsoft Office 365" paketilə bənzər bir xidmət təklif edir.
Green, "Böyük büdcəli şirkətlərdən gələn böyük bir rəqabət söz mövzusudur. "Slack" özünü inkişaf etdirmək məcburiyyətindədir" deyir.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Butterfield "Flickr"da olduğu kimi "Slack"i tərk etməyəcəyini deyir.
"Bu mövqeyə sahib olmaq üçün bir çox şey yolunda getdi. Böyük şans söz mövzususdur. Bir daha eynisini həyata keçirəcək qədər ağıllı deyiləm. Hara qədər aparacağını görmək üçün bu doğru bir zamandır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
-
44 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

























