Bankdakı yüksək vəzifəsindən imtina edib, şəxsi biznesini qurdu - YENİ ŞİRKƏT
Taleh Tahirli Bakı Mühəndislik Universitetini bitirdikdən sonra ali təhsilini İsveçdə universitetdə və biznes məktəbində davam etdirib. Təhsil aldığı dövrdə tanınmış şirkətlərin layihələrində çalışıb. 5 il İsveç həyatından sonra vətənə geri dönüb. Azərbaycanda iş həyatına “Unibank”da başlayıb. Bu bankda işlədiyi 11 il ərzində İdarə Heyətinin üzvü, Pərakəndə xidmətlər və Marketinq üzrə baş direktor vəzifəsinədək yüksəlib. O, 2018-ci May ayında öz ideasını reallaşdırmaq üçün bankda karyerasını dayandıraraq sahibkarlıq fəaliyyətinə başlayıb.
“Marja”nın məlumatına görə, Taleh Tahirli, Mayın 25-də "Four Seasons Hotel Baku"da şirkətinin təqdimatını keçirib.
Təqdimat ilə çıxış edən Taleh Tahirli bildirdi ki, bankdakı yüksək vəzifəsindən imtina etmək çətin olub:
“Bank sektorunun inkişaf mərhələlərini görərək böyük təcrübə qazandım. Çoxdankı xəyalımı reallaşdırmaq üçün May ayında bank karyeramı dayandırmaq qərarına gəldim. Bu qərarı vermək çətin idi”.
AXSAYAN BİZNESLƏRİ ÇƏTİNLİKDƏN XİLAS EDƏCƏK
Taleh Tahirli qeyd etdi ki, xəyalını “Quality Solutions” (Keyfiyyətli Həllər) adı ilə reallaşdıracaqdır, bu şirkət qısa bir müddət öncə yaradılmışdır:
“Bir şirkətin yaranması insanın yaranmasına bənzəyir. İnsan böyüdükcə onun dəyərləri, məqsədi yaranır və fəlsəfəsi formalaşır. Şirkətin də dəyərləri, məqsədi və fəlsəfəsi olmalıdır. Şirkətdə bu fəlsəfəyə inan insanlar çalışmalıdır. Şirkətimin fəlsəfəsi mənim həyat fəlsəfəmdir. Bilirik ki, adətən çətinlik olmadan firavan həyat mümkün deyil. Çətinlik olmalıdır ki, uğura nail olaq. Şirkəti yaratmağımda da məqsəd şirkətlərə və iş adamlarına keyfiyyətli həllər təqdim edərək onları qarşılaşdıqları çətinliklərdən xilas etməkdir”.
“Quality Solutions” şirkətinin 4 dəyəri müəyyən edilib: dürüstlük, komanda işi, icra etmə və uğur.
BAZARA 2 İSTİQAMƏT ÜZRƏ DAXİL OLUR
Taleh Tahirli qeyd etdi ki, “Quality Solutions” ilkin olaraq bazara 2 istiqamət üzrə daxil olacaq. İstiqamətlərdən biri konsaltinq, digəri isə marketinq xidmətləridir. Bu xidmətlər “Disruption – Consulting Solutions” və “Emotion - 360º Marketing Solutions” brendləri altında həyata keçiriləcəkdir. Şirkət maliyyə, kənd təsərrüfatı, istehsal, xidmət, qida sektorlarına xidmət göstərəcəkdir.
YERLİ BİZNESƏ “BLOCKCHAİN” HƏLLƏRİ
Taleh Tahirli, “Bazar şərtləri sürətlə dəyişir” deyərək sözlərinə belə davam etdi:
“Dünya təcrübəsində olan innovasiyaların Azərbaycanda biznesdə tətbiq edilməsi yubanır. Bunun səbəbləri sahibkarların məlumatlılıq səviyyəsinin aşağı olması və texnologiyaların Azərbaycana gətirilməməsidir. Biz bineslərin inkişafına yardım edən müasir konsaltinq xidmətləri göstərib, rəqəmsal trasformasiyanın həyata keçirilməsinə köməklik edəcəyik. Bu gün böyük bir “blockchain” komandası ilə danışıqlarım oldu. “Blockchain” texnologiyasının tətbiq edilməsilə bağlı həllərimiz mövcud olacaqdır”.
“GÖRÜNMƏYƏN ÇOXLU RİSKLƏR MÖVCUD OLUR”
Taleh Tahirli vurğuladı ki, dünyada bir çox şirkət vaxtında rəqəmsal texnologiyaya investisiya yatırmadığı üçün bazar payını itirib: “Buna misal olaraq “Kodak” şirkətini göstərmək olar. 90-cı illərdə “Kodak”da hesab edirdilər ki, onların biznesinin çökməsi real deyil. Hazırda “Apple” şirkəti öz məhsulları ilə bazarı tutub, səbəb rəqəmsal texnologiyanı vaxtında kəşf etməsidir. İş adamları unutmamalıdır ki, son 20 ildə baş vermiş dəyişikliklər, gələcəkdə 5 il ərzində baş verə bilər. İşlərin yaxşı getdiyinə arxayın olmaq olmaz. Bəlli risklər ilə bərabər, görünməyən çoxsaylı risklər mövcuddur”.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
“Quality Solutions” konsaltinq üzrə müştərilərə aşağıdakı xidmətləri təqdim edir:
- Biznes strategiyanın yazılması və təkmilləşdirilməsi;
- Müştəri təcrübəsi və müştəri loyallığının yaradılması;
- Rəqəmsal transformasiya proseslərinin aparılması;
- Effektiv təşkilatlanma;
- İnsan resurslarının idarə olunması;
- Təchizat işi və istehsal;
- Motivasiya sistemlərinin qurulması;
- İnformasiya texnologiyalarının potensialından effektiv istifadə;
- Proseslərin optimallaşdırılması və xərclərin azaldılması;
- Hüquqi məsləhətləşmələr;
- Marketinq və İctimaiyyətlə Əlaqələr (PR) strategiyasının hazırlanması və tətbiqi.
“ARTIQ EMOSİANAL MARKETİNQİN TƏTBİQİ ZAMANIDIR”
Taleh Tahirli qeyd etdi ki, Azərbaycan şirkətlərinin marketinqə də baxışı dəyişməlidir:
“Tutaq ki, biz biznes proseslərini optimallaşdırdıq, yeni texnologiyaları tətbiq etdik, gələcək təhlükələrdən qoruduq. Bəs şirkət satışa nail ola bilir? Bütün biznesin məqsədi satışdır.
Biz ənənəvi marketinqdən uzaqlaşmalıyıq. Artıq emosianal marketinqin tətbiqinin zamanıdır. Gözəl şirkət qurub, gözəl məhsullar və xidmətlər təklif etmək olar. Əgər sonda bazara çıxardığımız məhsul və ya xidmət satılmırsa, bütün əziyyət boşa gedir. Bunun baş verməməsi üçün müştəriyə hislər ilə daha yaxın olmaq lazımdır. Gələcəkdə güclü rəqiblər və qlobal şirkətlər Azərbaycan bazarına daxil olduqda, bu hislər yerli şirkətlərə onlar ilə rəqabət aparmaqda kömək edəcəkdir. Biz həmişə qlobal şirkətlərdən bir-iki addım geridə olacağıq. Bu geriqalma müştərilərin itirilməməsilə nəticələnə bilər: Yalnız alıcılar ilə hisslər üzərindən qurulmuş möhkəm bağlılıq, onların öz şirkətlərinə sadiq qalmalarını təmin edə bilər”.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
“Quality Solutions” MMC aşağıdakı marketinq həllərini təqdim edir:
- Marketinq və kommunikasiya strategiyasının hazırlanması
- Data Marketinq
- Kreativ
- Media Prodakşn
- Tədbirlərin təşkili (Event Management)
- İctimaiyyətlə Əlaqələr
Daha ətraflı: www.qualitysolutions.az
Təqdimatın sonunda şirkətin reklamı nümayiş etdirildi.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 30 d. əvvəl
-
- 38 d. əvvəl
-
1 saat əvvəl
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
-
1 saat əvvəl
AZAL təyyarə salonunda smartfonların “powerbank” ilə doldurulmasını qadağan edir
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
-
2 saat əvvəl
Müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyuldu
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
-
4 saat əvvəl
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Azərbaycanın kapital bazarlarında tarixi saziş
“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
Göygöl Şərab Zavodu Çin Xalq Respublikasında 8-ci Beynəlxalq İdxal Sərgisində iştirak etdi
Bu peşə sahiblərinə KOMİSSİYASIZ KREDİT – XÜSUSİ TƏKLİF
Çin dövlətindən "boz bazar"a zərbə
Ən çox oxunanlar
Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Bitcoin-in qiyməti ötən ilin sonundakı səviyyəsindən də aşağı düşdü
Rəsmi məzənnələr açıqlandı
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib













.jpg)







.jpg)




