Artıq “Rabitəbank”ın ən iri səhmdarı deyil
2017-ci ildə, “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin Bankın kapitalında payı 12,42 faiz bəndi azalıb.
"Marja" xəbər verir ki, 2016-cı ilin sonuna 25,56% təşkil etmiş pay 2017-ci ilin sonunda 13,14%-dək azalıb.
Bankın audit olunan maliyyə hesabatına əsasən, 2017-ci ilin sonuna Z.Nuriyev bankın ən iri səhmdarı deyil. Eyni zamanda, Z.Nuriyev və onun ailə üzvləri bank üzərində nəzarəti saxlayırlar və əsas səhmdarlardır.
2017-ci ilin sonuna bankın ən iri səhmdarı 32,53% pay ilə Seyran Nuriyevdir (2016-cı ilin sonuna - 23,58%).
İkinci ən iri səhmdar bankın Müşahidə Şurasının üzvü 22,73% pay ilə Aslan Xasayevdir (2016-cı ilin sonuna - 24,77%).
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Ötən il bir neçə digər səhmdarlar bankın kapitalında öz paylarını azaldıblar: Dilarə Nuriyeva - 10,43%-dək (2016-cı ilin sonuna - 13,48%), Yaşar Qurbanov - 1,7% (12,09%), digər səhmdarlar - 0,17% (0,52%).
Maliyyə hesabatına əsasən, 9,8% pay ilə Rauf Əliyev və 9,5% pay ilə Xalid Abbasov 2017-ci ildə bankın səhmdarları olublar.
Qeyd edək ki, “Rabitəbank” 2018-ci ildə də nizamnamə kapitalını artırıb və paylarda dəyişiklik olub. 31 Mart 2018-ci il tarixində Bankın səhmdar kapitalı 101 milyon 300 min manat təşkil edib. 2017-ci ilin sonunda bu məbləğ 88 milyon 500 min manat idi.
“Rabitəbank” ASC-yə ötən il cəlb edilmiş 2 yeni səhmdar - Rauf Zeynal oğlu Əliyev (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı) və Validə Maarif qızı Abasova hər biri hazırda Bankın səhmlərinin 30%-nə, ümumilikdə 60%-nə nəzarət edir.
Bu, “Rabitəbank”ın nizamnamə kapitalının bu ilin 1-ci rübündə 12 799 987,08 manat və yaxud 14,46% artırılaraq 101 300 056,9 manata çatdırılmasından sonra baş verib. Bankın səhmlərinin qalan 40%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şyrasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta”nın 15%-lik səhmdarı və Direktorlar Şurasının sədri), eləcə də digər fiziki şəxslərə məxsusdur.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
© Marja, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)










