Palata/Nəhmətov: Kreditləşmədə ləngimə var
“2014-cü ildən etibarən bütün dünyada baş verən böhran Azərbaycan iqtisadiyyatına bu və digər şəkildə təsir edib”.
Bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmətov deyib.
Onun sözlərinə görə, xarici iqtisadi təsirlərə baxmayaraq 2017-ci ildə Azərbaycan iqtisadiyyatın inkişafını bərpa edə bilib: “Artıq Azərbaycandakı 12 faizlik inflyasiya 4 faizə enib. Qeyri-neft ümumi daxili məhsulu 2,9 faiz təşkil edib. İqtisadiyyatın müsbət trendləri bank sektoruna da təsir göstərməkdədir".
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
O qeyd edib ki, artıq bank sektorunda müsbət tendensiyalar müşahidə edilir: "Maliyyə sektorunun 97 faizini banklar, 2,7 faizini sığorta sektoru təşkil edir. Artıq artım tempi bərpa edilib, yığımlar və öhdəliklərdə artımlar var. Sadəcə kreditləşmə sahəsində biz az ləngimə var. Sektorda çox yüksək likvid aktivlər 6,1 milyard təşkil edib. Cari öhdəliklər 10,6 milyard, əmanət portfeli 7,5 milyard manat olub. Məcmu kapital 3,2 milyard dollar olub”.
O vurğulayıb ki, ötən il ərzində bank sektorunda kapital adekvatlığı 19 faiz təşkil edib: “Verilmiş kreditlərdə də müsbət tendensiya var. 2017-ci ildə 5 milyard manat kredit verilib. Bunun 64 faizi real biznes məqsədi ilə verilib”.
"Bu ilin I rübündə Azərbaycan bankları kapitallarını 319 mln. manat artırıb"
Taleh Nəhmətov, “Bu ilin I rübündə Azərbaycan banklarının əlavə kapital inyeksiyası 319 mln. manat olub” deyib.
Onun sözlərinə görə, son iki ildə bankların əlavə kapital inyeksiyası 1,4 mlrd.manat olub.
“2016-cı ildə bankların kapital inyeksiyası 263 milyon, 2017-ci ildə 808 milyon, bu ilin I rübündə isə 319 milyon manat olub”, - deyə T.Nəhmədov vurğulayıb.
"2018-ci ilin sonuna banklarda rəqəmsallaşdırma işləri yekunlaşacaq”
Taleh Nəhmətov qeyd edib ki, 2018-ci ilin sonuna banklarda rəqəmsallaşdırma işləri yekunlaşacaq
Onun sözlərinə görə, artıq bununla bağlı bütün kommersiya bankları ilə danışıqlar aparılıb və onlardan razlıq alınıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























