Bank sektorunun yarıdan çoxu 3 bankın əlində cəmləşib
2018-ci il aprelin 1-nə olan məlumata əsasən Azərbaycan bank sektorunun aktivlərinin yarıdan çoxu – 55%-i və ya 15 milyard 278 milyon 269 min manatı cəmi 3 bankın- “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Paşa Bank” və “Kapital Bank” ASC-lərin əlində cəmləşib.
Bankların rüblük hesabatları əsasında aparılmış hesablamaya əsasən, ölkədə fəaliyyət göstərən 30 bankın cəmi aktivlərinin 8 milyard 403 milyon 162 min manatı və yaxud 30,2%-i ABB-nin, 3 milyard 707 milyon 849 min manatı və yaxud 13,3%-i “PAŞA Bank”ın, 3 milyard 167 milyon 258 min manat və yaxud 11,4%-i “Kapital Bank”ın payına düşüb.
Daha sonra xüsusi çəkisinə görə bankların sıralanmasında “Xalq Bank” (8,0%), “Azərbaycan Sənaye Bankı” (3,3%), “Accessbank” (3,0%), “Bank Respublika” (2,7%), “Rabitabank” (2,4%), “Atabank” (2,2%), “Unibank” (2,1%) ASC-lər qərarlaşıb.
7 bankın- Pakistan Milli Bankı Bakı filialı (0,04%), “NBC Bank”(0,8%), “Bank Avrasiya”(0,6%), "Bank Melli İran-Baku" (0,4%), “Amrahbank” (0,7%), “Ziraat Bank Azərbaycan” (0,8%), “Naxçıvanbank”(0,5%) ASC-lərin hər birinin ayrılıqda cəmi aktivlərdə xüsusi çəkisi heç 1%-ə çatmır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















