Dövlət büdcəsinə 79,9 milyard manat transfert!
2003-cü ildən bu ilin aprelin 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği məlum olub.
ARDNF-nin saytında bildirilir ki, bu ilin I rübündə 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 mlrd. 299 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Bununla da 2003-cü ildən bu ilin aprelin 1-nə qədər ARDNF tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği 79 mlrd. 916 mln. manat təşkil edib.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfert şəklində vəsait köçürməyə başlayıb. Həmin ildə Fond dövlət büdcəsinə 100 mln. manat transfert edib. 2004-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 30%, 2005-ci ildə 15,38%, 2006-cı ildə 3,9 dəfə artıb. 2007-ci ildə 2006-cı ildə olduğu kimi dövlət büdcəsinə 585 mln. manat transfert edilib. 2007-ci il ilə müqayisədə 2008-ci ildə dövlət büdcəsinə transfertlər 6,5 dəfə, 2009-cu 29,34%, 2010-cu ildə 20,34%, 2011-ci ildə 52,16%, 2012-ci ildə 10,06%, 2013-cü ildə 14,59% artıb.
2014-cü ildən etibarən ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi azalmağa başlayıb. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə Fonddan dövlət büdcəsinə transfertlər 17,74%, 2015-ci ildə 12,93%, 2016-cı ildə 6,33%, 2017-ci ildə isə 19,89% azalıb.
Ümumiyyətlə, ARNDF-dən dövlət büdcəsinə ən yüksək transfert 2013-cü ildə qeydə alınıb. Həmin ildə Fonddan dövlət büdcəsinə 11 mlrd. 350 mln. manat transfert edilib.
Xatırladaq ki, ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədlə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondunun əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















