"Gilan"ın Bankı 2018-ə mənfəətlə başlayıb
AFB Bank 2018-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub.
Bankın yaydığı məlumata görə, Rüb ərzində bankın gəlirləri 11 milyon 751 min manat, xərcləri 6 milyon 560 min manat olan Bankın xalis mənfəəti 5 milyon 191 min manat təşkil etmişdir.
Bankın aktivləri 30 mart 2018-ci il tarixinə 466 milyon 208 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 47% artmışdır.
AFB Bank-ın məcmu kapitalı 70 milyon 687 min manat, nizamnamə kapitalı isə 70 milyon 393 min manat təşkil edir ki, bu da Mərkəzi Bankın kommersiya banklarının kapitalına dair müəyyənləşdirdiyi tələbə tam cavab verir. Bankın göstəricilərində birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 22.37%, məcmu kapitalın adekvatlığı isə 27.67% təşkil edir.
Bank ilin ilk rübündə aktivlər üzrə ehtiyatların yaradılmasına 2 milyon 510 min manat ayırmışdır. Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1.12%, kapitalın gəlirliliyi (ROE) əmsalı isə 7.37% təşkil etmişdir.
AFB Bank-ın İdarə Heyətinin sədri Zaur Qaraisayev bildirmişdir ki, Bankın 2018-2020-ci illər üzrə təyin etdiyi Strateji inkişaf planının önəmli prioritetləri olan rəqabətli və qabaqcıl texnologiyaların tətbiqi, maliyyə alətlərinin təkmilləşdirilməsi, mövcud portfelin keyfiyyətinin yaxşılaşdırılması, müştərilərə daha yaxın və yüksək xidmətlərin göstərilməsi məqsədilə Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və səmərəli fəaliyyəti, infrastrukturun və Bank imicinin yüksək səviyyəyə çatdırılması, bazar mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərlə fəaliyyətini sürətlə davam etdirir. Bu prioritet hədəflərə çatmaq üçün Bank müştəri xidmətlərində texnoloji yeniliklərin, yeni bank məhsul və xidmətlərin tətbiqinə xüsusi önəm verir.
Fəaliyyət dövrünün 9 illiyini qeyd edən AFB Bank mərkəzi ofisindən əlavə regionlar daxil olmaqla ümumi 10 filialı, 5 şöbəsi və eyni zamanda ölkə üzrə 50 bankomatı əhatə edən xidmət şəbəkəsinə malikdir.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















